Loading alternative title

MARAQLI

  • alternative title

    İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO

    Amerikalı biznesmen və ixtiraçı İlon Mask insanın kəllə sümüyünə implantasiya üçün “Link” cihazının təqdimatı zamanı çiplənmənin təxmini qiymətini açıqlayıb. REN TV-nin məlüumatına görə, o, qiymətin əvvəlcə çox yüksək olacağını, lakin tezliklə düşəcəyini bildirib. “Avtomatik rejimdə əməliyyatlar da daxil olmaqla onun dəyərinin bir neçə min dollara qədər enməsini istərdik”, - deyə Mask bildirib. Onun sözlərinə görə, “Neuralink” şirkətindən olan ixtiraçılar əməliyyat üçün sistemin tam avtomatlaşdırılacağını, cihazın varlığının isə digər insanlar üçün görünməz olacağını gözləyirlər. Çipin özü böyük dəmir pul ölçüsündə olacaq. Onun beynin fəaliyyətinə, o cümlədən müxtəlif pozğunluqların müalicəsinə təsir edəcəyi planlaşdırılır. Qeyd edək ki, Mask bundan əvvəl beyin çipinin yaradılması ilə bağlı uğurlarını bölüşmüşdü. Belə ki, çipin prototipi və avtomatlaşdırılmış implantasiya üçün təkmilləşdirilmiş robot modeli iki donuzda uğurla sınaqdan keçirilib. Cihaz alimlərə heyvanın beyninin toxunma mərkəzlərinin fəaliyyətini və donuzun burnu ilə nəyə toxunduğunu simsiz rabitə kanalı vasitəsilə izləməyə imkan verib. Bildirilir ki, çip insanda baş beynin və ya onurğa beyninin işinin pozulduğu epilepsiya, iflic və digər xəstəliklərlə mübarizə aparmağa imkan verəcək.

    Ətraflı   11:02     31-Aug-2020     982
  • alternative title

    Arı “istilası”na məruz qalan şəxsin bədənindən 400 “iynə” çıxarıldı - FOTO

    Arı “istilası”na məruz qalan şəxsin bədənindən 400 iynə çıxarılıb. “Daily Mail”in məlumatına görə, hadisə Çində baş verib. Fermer qadın təsərrüfat işləri zamanı hücuma məruz qalıb. Xəstəxanaya o, qorxmuş qohumları tərəfindən gətirilib. Həkimlərin sözlərinə görə, 400 arı iynəsini çıxarmaq bir saatdan artıq vaxt alıb. Hazırda qadının vəziyyətinin stabil olduğu vurğulanır.

    Ətraflı   11:00     31-Aug-2020     1791
  • alternative title

    Şarj cihazı telefona qoşulmamış halda elektrik yuvasında saxlanıla bilərmi?

    Şarj cihazını elektrik yuvasında telefona qoşulu olmadan saxlamaq olmaz. Çünki bu həm cihazın xarab olmasına, həm də yanğına səbəb ola bilər. “Praym”ın məlumatına görə, bu barədə “Sinergiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib. Onun sözlərinə görə, cihazın özü uşaqlar və ev heyvanları üçün əlçatmaz olan yerdə saxlanılmalıdır. Belə ki, ev heyvanları naqili çeynəyə bilər, bu isə səhhətlərinə zərərdir. Uşaqlar da cihazı ağızlarına aparırlar, bunun nəticəsi də faciəvi ola bilər. “Bundan başqa, şarj aparatını ildırım çaxarkən, yaxud güclü külək vaxtı elektrik yuvasına taxılı qoymaq olmaz”, - deyə ekspert vurğulayıb. Kosarev həmçinin orijinal şarj aparatlarından istifadəni məsləhət görüb. O, smartfonda akkumlyatorun şarjına nəzarətin vacibliyini də vurğulayıb. “Qadjetinizin akkumlyatorun boşalmasına görə sönməsinə imkan verməyin, bundan başqa 100 faiz doldurmaq da lazım deyil. Akkumlyatorun ömrü üçün ən optimal variant onun şarjını 20-80 faiz arasında saxlamaqdır”, - deyə ekspert bildirib.

    Ətraflı   10:54     31-Aug-2020     1882
  • alternative title

    80 ildir ki, saçlarını kəsdirmir - FOTO

    Pandemiya ilə əlaqədar məhdudiyyətlərə görə dünyanın bir çox ölkələrində kişilər saçlarını uzatmaq məcburiyyətində qalıb. Lakin onların heç biri Vyetnamdan olan Nquen Van Çien ilə müqayisə oluna bilməz. Vyetnamlı kişi 80 ildir ki, saçlarını kəsdirmədiyini iddia edir. Bu barədə “Reuters” xəbər yayıb. 92 yaşlı Van Çienin saçlarının uzunluğu beş metrə yaxındır. O, hesab edir ki, insan doğularkən onunla olan hər şey saxlanılmalıdır. “Saçım kəsiləcəyi gün öləcəyimə inanıram. Onları heç daramıram da, sadəcə qulluq edirəm, quru və təmiz qalması üçün örtürəm”, - deyə kişi bildirib.

    Ətraflı   10:39     31-Aug-2020     1421
  • alternative title

    Gəncin beynindən orada 17 il yaşamış canlı qurd çıxarılıb - FOTO

    Çində kişinin beynindən 13 santimetrlik canlı qurd çıxarılıb. Parazit onun beynində 17 il yaşayıb. Bu barədə “Daily Mail” xəbər yayıb. 23 yaşlı gəncin sözlərinə görə, altı yaşından ətraflarının keyiməsindən əziyyət çəkib. Tibbi yardıma isə bədəninin sağ tərəfində hissiyyat tam itdikdən sonra müraciət edib. Tibb işçiləri parazitin onun orqanizminə çiy şəkildə yeyilmiş qurbağa və ya ilana görə düşdüyünü ehtimal edirlər.

    Ətraflı   12:48     29-Aug-2020     1365
  • alternative title

    Sakinlər “yağış” və “qar pulu” ödəməyə məcbur edilir

    Rusiyada Voronej şəhər sakinləri yağış və qara görə də pul ödəyirlər. Bu barədə “Vesti Voronej” xəbər yayıb. Bildirilir ki, kommunal xidmətlər barədə sənədə yağış, həmçinin ərimiş qarın təmizlənməsi üçün nəzərdə tutulan “çirkab sularının təmizlənməsi” bəndi artırılıb. Lakin yerli sakinlər bu vəziyyətdən narazıdırlar, çünki təbii yağıntılar üçün pul ödəmək istəmirlər.

    Ətraflı   12:21     29-Aug-2020     1151
  • alternative title

    Atasının təhqirlərindən sonra çəkisi 135 kiloya çatan qadın həyatını dəyişməsindən danışdı - FOTO

    Amerikanın Kolorado ştatının sakini Mixael Miller 68 kq arıqlamağının sirrini paylaşıb. Bu barədə “Daily Mail” xəbər yayıb. Məlumata görə, 31 yaşlı bank işçisi uşaq yaşlarından artıq çəkidən əziyyət çəkib. Validenyləri bundan narahat olaraq ona daha sərt şəkildə nəzarət etmək istəyib. Xüsusən atası onu çox utandırıb. Miller isə özünə qarşı bu davranışa üsyan edərək daha çox yeməyə başlayıb. Nəticədə onun çəkisi 135 kq-a çatıb. 25 yaşında olarkən o, ağır allergik reaksiya keçirir, həkimlər isə bunu ürək tutması ilə səhv salırlar. Miller bu hadisə zamanı o qədər qorxur ki, həyatını kökündən dəyişmək və arıqlamaq qərarına gəlir. Müxtəlif pəhrizlərdən sonra Miller mədə kiçiltməsi əməliyyatı etdirir. Əməliyyat effektivliyini göstərir. Ancaq qadın bundan əlavə hər gün kardioməşqlərlə məşğul olur və yüksək zülallı ev yeməkləri ilə qidalanır. Hazırda qadın 68 kq çəkiyə düşüb. Miller ona dəstək olan və motivasiya edən gənclə də tanış olub. “Ömür boyu artıq çəkidən əziyyət çəkən birinin beyninə artıq kök olmadığını dərk etməsi üçün müəyyən vaxt lazımdır. Arıqlamağımdan uzun vaxt keçməsinə baxmayaraq, hələ də bəzən otaqda olan insanlardan daha kök olduğumu düşünürəm. Özümü sevmək üzərində işləyirəm”, - deyə qadın bildirib. O, arıqlamağa başlayanlar üçün həyata hərəkətlilik qatmağı tövsiyə edib. “Hərəkət dərmandır və biz nə qədər çox hərəkət etsək, o qədər özümüzü yaxşı hiss edirik. Özümüzü nə qədər yaxşı hiss etsək, o qədər düzgün qidalanacağıq. Diqqəti arıqlamağa deyil, sağlamlığa və yaxşı əhval-ruhiyyəyə kökləyin”, - deyə Miller sözlərini yekunlaşdırıb.

    Ətraflı   11:30     28-Aug-2020     1855
  • alternative title

    Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir – XƏBƏRDARLIQ

    Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir. “Praym”ın məlumatına görə, bu barədə “Sinerqiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların, şifrələrin olduğu mesajlara aiddir. Bundan başqa şəxsi kabinetə daxil olmaq üçün linkləri olan SMS-lər də silinsə yaxşı olar. “Onlar birdəfəlik istifadə üçün olsalar da, fırıldaqçılar istifadə edə bilərlər”, - deyə ekspert bildirib. S.Kosarev həmçinin telefondakı hansı SMS-lərin saytlardan parolları özündə ehtiva etdiyini xatırlamağı məsləhət gördü. “Hər ehtimala qarşı onlar “səbətə” göndərilməlidir”, - deyə o əlavə edib. Ekspert bildirib ki, mesajları təmizləməkdən başqa telefondakı məlumatların parol ilə qorunmasına diqqət yetirilməlidir. “Bu barmaq izi, Face ID və ya rəqəmsal parol yolu ilə edilə bilər. Əsas odur ki, parolda 1, 2, 3, 4, 5 rəqəmləri olmasın. Bundan əlavə, telefon göz qabağında olsa belə kilidlənməlidir”, - deyə S.Kosarev sözlərini yekunlaşdırıb.

    Ətraflı   11:53     27-Aug-2020     1926
  • alternative title

    Tora düşən “rezin burunlu” və “qanadlı” qeyri-adi balıq görünüşü ilə hər kəsi heyrətləndirib – FOTO

    Balıqçı toruna düşən ovu gördükdə şoka düşüb. “Rezin burunlu” balıq sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb. Bu barədə CBC xəbər yayıb Qarri Qudyer qeyri-adi balığı Kanadanın Nyufaundlend əyalətinin şimal-şərqində Bonavista körfəzində tutub. “800 metr dərinlikdən çıxarılan balığın sanki qanadları var idi, burnu isə elə bil rezindən idi”, - deyə balıqçı bildirib. Həm Qudyer, həm də komandası heç vaxt belə bir şey görmədiklərini deyiblər. Sahildə o, qəribə ovu balıq kombinatının əməkdaşlarına göstərib, ancaq onlar da bunun nə olduğunu bilməyiblər. Balığın hansı növ olmasını sosial şəbəkə istifadəçilərinin köməyi ilə müəyyənləşdirmək mümkün olub. Məlum olub ki, bu, burunlu ximeradır. Dərinlikdə yaşadığı üçün onun biologiyası, həyatı və davranışları barədə demək olar ki heç nə məlum deyil.

    Ətraflı   11:45     27-Aug-2020     1904
  • alternative title

    Gənc qız dəfn üçün balzamlama prosesində gözlərini açdı - FOTO

    Öldüyü hesab olunan qız dəfn bürosunda həyat əlamətlərini göstərib. WXYZ TV-nin məlumatına görə, qorxunc hadisə ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində baş verib. Bildirilir ki, 20 yaşlı Taymişa Boşamp öz evində huşsuz şəkildə tapılıb. Həkimlərin səyinə baxmayaraq, onu özünə gətirmək mümkün olmayıb. Sonda həkimlər T.Boşampın öldüyü barədə rəy hazırlayaraq, qohumlarına təhvil veriblər. Qeyd olunur ki, qızın bədənində zorakılıq əlamətləri olmadığı üçün yarılmayıb. Dəfn bürosunda balzamlama prosesinə başlayarkən qız birdən-birə gözlərini açıb və nəfəs almağa başlayıb. Hazırda T.Boşampın səhhəti barədə məlumat verilmir, ancaq onun ağciyərlərin süni ventilyasiyası aparatına qoşulduğu bildirilir.

    Ətraflı   11:56     26-Aug-2020     2304
  • alternative title

    Valideynləri “selfi” çəkərkən içində uşaqlar olan maşın dağdan üzüaşağı hərəkət etdi

    Validenyləri təbiət fonunda şəkil çəkdirdikləri vaxt içərisində yeddi və 10 yaşlarında uşaqlar olan avtomobil dağdan üzüaşağı hərəkət etməyə başlayıb. REN TV-nin məlumatına görə, hadisə Rusiyanın Çelyabinsk vilayətində baş verib. Məlumata görə, “Toyota Hilux” markalı pikap tövləyə çırpıldıqdan sonra dayanıb. Maşında olan hər iki uşaq xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

    Ətraflı   11:02     26-Aug-2020     1884
  • alternative title

    Xəzinə ovçuları 3,5 kq saf qızıl tapdılar - FOTO

    Avstraliyanın Tarnaqulla şəhəri yaxınlığında xəzinə ovçuları 3,5 kq saf qızıl tapıblar. Bu barədə “7 News” xəbər yayıb. Brent Şennon və İtan Vestin aşkarladıqları qiymətli tapıntılar 350 min avstraliya dolları (425 960 AZN) dəyərində qiymətləndirilir. Lakin xəzinə kolesksionerə satılsa 30 faiz daha artıq pul qazana bilərlər. Bildirilir ki, İtan son dörd ildə ərazidə çoxlu miqdarda saf qızıl aşkarlayıb. Lakin son tapıntı bunların arasında ən qiymətlisidir. “Bir gündə iki böyük parça qızıl tapmaq çox möhtəşəm hissdir. Ümumiyyətlə isə mənim bəxtim gətirir. Xırda qızıl parçalarına gəldikdə isə onların sayı minlərlədir”, - deyə xəzinə ovçusu bildirib.

    Ətraflı   11:02     25-Aug-2020     2167
  • alternative title

    “Ağzını bağlayıb, qaraja saldım…”: Doqquz yaşlı qızın qətlinin təfərrüatı - FOTO

    Rusiyanın Saratov vilayətində doqquz yaşlı qıza təcavüz edən və amansızlıqla öldürən Mixail Tuvatinə ömürlük həbs cəzası verilib. Bu barədə “RİA Novosti” xəbər yayıb. Məlumata görə, məktəbdən evə qayıdarkən itkin düşən qız bir gün sonra yolun üstündəki qarajların birində ölmüş halda tapılıb. Bir müddətdən sonra isə aparılan istintaq nəticəsində 35 yaşlı yerli sakin həbs olunub. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəində çəkəcək. Məlumata görə, faciə günü müttəhim doqquz yaşlı qızı atılmış qaraja salıb və orada ona cinsi təcavüz edib. Uşaq qışqırmağa, kömək istəməyə və qaçmağa çalışanda, təqsirləndirilən şəxs uşağı boğüb, sonra isə cəsədi qonşu qarajda gizlədib. Hüquq mühafizə orqanlarından həmçinin o da bildirilib ki, M.Tuvatin bundan əvvəl altı dəfə məhkum olub. Onun cinayətləri arasında öldürülə uşağın oxuduğu məktəbin başqa bir az yaşlı şagirdinə təcavüzü də var.

    Ətraflı   10:54     25-Aug-2020     1684
  • alternative title

    Müxtəlif ölkələrdən olan və bir-birini şəxsən tanımayan bəy və gəlinin qeyri-adi toyu

    Koronavirus pandemiyası səbəbindən şəxsən görüşə bilməyən braziliyalı qızla və alman oğlan 20 günlük virtual ünsiyyətdən sonra videoyayımla evləniblər. Bu barədə “Globo” xəbər yayıb. 39 yaşlı Sintiya Araujonun sözlərinə görə, gələcək həyat yoldaşı 45 yaşlı Timo Arnştadla onları ümumi dostları tanış edib. “Bir-birimizi tanımadığımız halda ilk gün iki saat söhbət elədik”, - deyə qadın olanları xatırlayıb. Onlar bütün günü ünsiyyətdə olublar, hətta gecələr də kameranı açıq qoyublar ki, həmişə bir yerdə olsunlar. Virtual tanışlıqdan bir ay sonra isə Timo Sintiyaya evlənmə təklif edir və qız da razılaşıb. Pandemiya ilə əlaqədar bir-birlərinin ölkələrinə getmə imkanından məhrum olduqları üçün sevgililər videoyayımla evləniblər. Toy mərasini bəy və gəlinin qohumları izləyib. Timo şəxsən görmədiyi biri ilə evlənməyin risk olduğunu anladığını deyir, hətta dostları dəfələrlə onu bundan çəkindirməyə çalışıblar. Lakin Tim hesab edir ki, Sintiyanı evlənmək istəyəcəyi qədər tanıyır. Virtual evlilikdən dörd gün sonra yeni evli cütlük Braziliyanın San-Paulu aeroportunda görüşüblər.

    Ətraflı   11:05     24-Aug-2020     1097
  • alternative title

    “WhatsApp” vasitəsilə baş verən fırıldaqçılıqla bağlı XƏBƏRDARLIQ

    “WhatsApp” yolu ilə baş verən fırıldaqçılıq aşkarlanıb. Bu barədə “Praym” xəbər yayıb. Bildirilir ki, Rusiya Keyfiyyət Sistemi (“Roskaçestvo”) rəhbərinin müavini İlya Loyevskinin sözlərinə görə, fırıldaqçılar istifadəçini linki izləməyə və ya faylı yükləməyə təşviq edirlər. Bunun üçün onlar yüksək profilli şirkət adlarından yararlanırlar. Ekspert vurğulayıb ki, fırıldaqçılar daha inandırıcı olmaq üçün “WhatsApp”ın rəsmi profilinin dizaynını götürərək, şirkətin adından müraciət edirlər. “Sizə gələn mesajda hər hansı bir şəxsi məlumatın verilməsi tələb edilərsə bu tələdir. Həmçinin ismarıcları yeniləmək, fəaliyyətinizi təsdiqləmək, emojiləri güncəlləmək və ya pulsuz olaraq istifadəyə davam etmək üçün bu mesajı bir neçə kontakta göndərməyiniz istənilirsə diqqətli olmalısınız”, - deyə İ.Loyevski xəbərdarlıq edib. O, fırıldaqçılardan qismən qorunmaq üçün mesajlaşma parametrlərində “media sənədlərinin avtomatik yüklənməsi”nin dayandırılmasının labüd olduğunu bildirib. “Bundan başqa tanımadığınız hesablardan faylları qəbul etməməlisiniz”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

    Ətraflı   11:00     24-Aug-2020     1727
  • alternative title

    Ərazisinə icazəsiz girən baş naziri qovdu – FOTO

    Böyük Britaniyanın Baş naziri Boris Conson nişanlısı ilə birlikdə başqasının sahəsinə girərək çadır qurub və tonqal qalayıb. Lakin bu həmin torpaq sahəsinin sahibinin etirazına səbəb olub, onlardan dərhal ərazini tərk etmələrini istəyib. Hadisə barədə “Daily Mail” xəbər yayıb. Məlumata görə, şotlandiyalı fermer Kenni Kemeron baş nazirin onun icazəsi olmadan çadır qurmasından narazılığını dilə gətirib. “Baş nazir bu hərəkəti ilə britaniyalılara pis örnək olur. O, çadırı öz bağında da qura bilərdi və heç bir problem olmazdı”, - deyə fermer bildirib. Consonun mühafizəçiləri Kemerondan üzr istəyərək, ərazinin baş nazirin həyətinə daxil olduğunu düşündüklərini deyiblər. Onlar çadırı yığışdıraraq, ətrafı zibildən təmizləyiblər.

    Ətraflı   10:39     24-Aug-2020     1053
  • alternative title

    Alimlər Antarktika yosunlarını donmaqdan qoruyan genləri aşkar ediblər

    ABŞ-ın molekulyar bioloqları Antarktika regionunda yosunları donmaq və məhv olmaqdan qoruyan genləri aşkar ediblər. Tədqiqatın nəticələri “Frontiers in Plant Science” jurnalında dərc edilib. TASS informasiya agentliyi xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Nevada ştatı universitetinin (ABŞ) professoru Ceyms Reymond deyib: “Biz ekstremal şəraitdə mikroblara sağ qalmağa kömək edən mexanizmləri öyrənirik. Bonni gölündəki xlamidomonada yosunları bunun üçün idealdır. Çünki onlar daim həddən aşağı temperaturun, qütb gecəsinin və böyük miqdarda duzun təsirinə məruz qalır. Biz onların qliserin əmələ gətirdiyini sübut etdik”. Bir qayda olaraq, aşağı temperatur və şaxta bütün çoxhüceyrəli orqanizmlərin hüceyrələrini məhv edir. Bu, temperatur aşağı düşərkən hüceyrələrdə membranları parçalayan buz kristallarının yaranması ilə əlaqədardır. Qurbağa və ya soxulcan kimi canlılar bu problemi həll edib. Onların orqanizmi xüsusi maddə - “antifriz” buraxır ki, bu da buz kristallarının yaranmasına mane olaraq orqanizmə şaxtaya davam gətirməyə kömək edir. Təqribən 20 il əvvəl alimlər bu antifrizlərin ilk sintetik analoqunu yaradıblar. Əvvəllər alimlər qütbarxasında mikrob və bitkilərin qliserin əmələ gətirib-gətirməməsini, habelə molekulların bu “antifriz”i məhz necə sintez etməsini araşdırmayıblar. Ceyms Reymond və onun həmkarları Bonni buzaltı gölündə xlamidomonada cinsindən iki yosun növünü tədqiq edərək bu boşluğu doldurublar. Göl Viktoriya Torpağında Mak-Merdo vadisində yerləşir. Həmin ərazi üçün “Mars” iqlimi və temperaturu xasdır. Göldə duzun qatılığı da çoxdur. Son onilliklər ərzində həm quru ərazini, həm də Bonni gölünü NASA-nın mütəxəssisləri və bioloqları fəal öyrənirlər. Onları müvafiq şəraitdə yaşamağa uyğunlaşmış yerli mikrob-ekstremofillər və bitkilər maraqlandırır. Sonuncular arasında xlamidiyalar Antarktika qışında gölün çox duzlu sularında, demək olar, tam işıqsız şəraitdə yaşamağa öyrənib. Ceyms Reymond və onun həmkarları həmin yosunların genom strukturunu təfsilatı ilə öyrəniblər. Sonra onu “Dunaliella salina” növündən yosunun DNT quruluşu ilə müqayisə ediblər. Məlum olub ki, sonuncular qliserindən duzlu göllərdə yaşamaq üçün istifadə edir. Nəticədə alimlər yosunların hər iki növündə qliserinin sintezinə oxşar genləri (birində üç, digərində beş) ayırıblar. Sonrakı təcrübələr göstərib ki, bu genlər PSP/GPDH fermentinin hasili ilə əlaqədardır. O, aseton birləşməsini və fosfor turşusunu əvvəlcə fosfat qliserinə, sonra təmiz “antifrizə” çevirir. Maraqlıdır ki, alimlərin yosunların hüceyrələrində aşkar etdikləri qliserinin miqdarı onları donmaqdan qorumaq üçün yetərlidir, lakin sudakı çoxlu miqdarda duzdan qorumaq üçün kifayət etmir. Buna görə də bioloqlar hesab edirlər ki, xlamidomonada növlərinin genomlarında digər gen zənciri də var ki, onlar orqanizmdən duzun artığını çıxarmağa və Enkeladın buzaltı okeanlarını, eləcə də Günəş sisteminin digər buzla örtülü obyektlərindəki şəraiti xatırladan yerlərdə yaşamağa imkan yaradır. “Son illərin kəşfləri nəticəsində biz Günəş sisteminə aid digər səma cisimlərində həyatın gizlənə biləcəyi haqqında təsəvvürlərimizi xeyli genişləndirmişik. Belə ki, söhbət Bonni gölündə olduğu kimi, eynən duzlu, qaranlıq və soyuq sulu buzaltı okeanların olduğu güman edilən planetlərdən gedir”, - deyə C.Reymond fikrini yekunlaşdırıb.

    Ətraflı   13:17     22-Aug-2020     1045
  • alternative title

    Qadın iki gecəyə iki dəfə uşaq dünyaya gətirdi - FOTO

    Britaniyalı qadın iki gecəyə iki dəfə uşaq dünyaya gətirib. Bu barədə “Uniland” xəbər yayıb. Məlumata görə, 32 yaşlı Coann Reyli əkiz uşaqlara hamilə olub. Lakin hamiləliyinin 24-cü həftəsində qadını doğuş sancısı tutub. O, dərhal xəstəxanaya yollanıb və cəmi bir neçə saatdan sonra oğlan uşağı dünyaya gətirib. Körpə cəmi 737 qram ağırlıqda olub. Həkimlər Reyliyə yataq rejiminə əməl etməyi və ikinci uşağı mümkün qədər gec dünyaya gətirməyi tövsiyə ediblər. “Mənim üçün bu şok idi. Heç bilmirdim ki, belə şey mümkündür. Uşaqlardan birinin dünyaya gəlməsi, digərinin isə hələ də bətnimdə olması o qədər qəribə idi ki…”, - deyə qadın etiraf edib. Reyli 48 saatdan sonra daha bir uşaq dünyaya gətirib. İkinci əkizin çəkisi 9074 qram olub. Qadın övladlarını ancaq iki həftədən sonra qucağına ala bilib. Bundan başqa, əkizlər həyatlarının ilk dönəmini ayrı keçirmək məcburiyyətində qalıblar.

    Ətraflı   11:05     22-Aug-2020     1025
  • alternative title

    Telefonun “donması”nın qarşısını alan üsullar

    Telefonunuzun “donmaması” üçün cihazınızda çox yer tutan və fon rejimində işləyən tətbiqlər silinməlidir. Buna əsasən smartfonun iş masasına yerləşdirilən vidcetlər daxildir. “Praym”ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib. Onun sözlərinə görə, adətən “Android” və “iOS” platformalarında olan köhnə smartfonlar yavaş işləyir. Ancaq “Android Go” sistemi ilə təchiz olunmuş müasir büdcəli qadcetlər də istisna deyil, onlarda da “donma” müşahidə olunur. Belə smartfonların işini yüngülləşdirmək üçün “Facebook”, “YouTube” və sair “ağır” tətbiqləri ləğv etmək lazımdır. Ekspertin sözlərinə görə, belə proqramların əksəriyyətinin “Android” üçün “Facebook Lite”, “Google Maps Go” və sair kimi yüngül analoqları mövcuddur. Həmçinin həmin servislərə sayt vasitəsi ilə də daxil olmaq olar. V.Qritsenko onu da bildirib ki, sistem interfeysində qrafik effektləri və animasiyanın istifadəsi məhdud olmalıdır və fon məzmunu yeniləməsi aradan qaldırılmalıdır. “Telefonunuz yavaş işləyirsə, “donmalardan” yaxa qurtarmağın ən yaxşı həlli, ultra büdcəli həllər sinifinə aid olmayan hər hansı müasir smartfon almaqdır”, - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

    Ətraflı   11:43     20-Aug-2020     1781
  • alternative title

    Səmada bir anda iki atmosfer fenomeni baş verdi

    Yer üzərində iki atmosfer fenomeni eyni anda baş verib. NASA astronavtları həmin möhtəşəm anı bir fotoda qeydə ala biliblər. “RİA Novosti”nin məlumatına görə, görüntü qurumun “Instagram” hesabında dərc edilib. Fotoda Qütb parıltısı və Göyün parıltısı əks olunub. Bu atmosfer hadisələri fərqli təbiətə malikdir, lakin təxminən eyni hündürlükdə baş verir. Göyün parıltısı kimyəvi maddələrin reaksiyası nəticəsində, Qütb parıltısı isə Günəş enerjisi ilə planetin maqnit sahəsinin qarşılıqlı təsirinə görə yaranır. Qeyd olunur ki, astronavtlar hadisələri Beynəlxalq Kosmik Stansiya Alyaskanın cənub hissəsində olanda qeydə alıblar. Kadrın aşağı hissəsində planetimizin bir hissəsi də görünür. NASA mütəxəssislərinin sözlərinə görə, fotoda Britaniya Kolumbiyasının və Kanadadakı Alberta əyalətinin gecə işıqları əks olunub.

    Ətraflı   11:16     20-Aug-2020     1216

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:49     26-Sep-2020     233
  • alternative title 17:19     26-Sep-2020     241
  • alternative title 17:02     26-Sep-2020     225
  • alternative title 16:47     26-Sep-2020     329
  • alternative title 16:33     26-Sep-2020     339
image title here

Some title