Loading alternative title

MARAQLI

  • alternative title

    Ev şəraitində saçlarını boyayan qadın güzgüyə baxanda şoka düşdü - FOTO

    Ev şəraitində saçlarını boyayan kanadalı qadın bu addımının qorxunc fəsadları ilə üzləşib. O, başına gələnləri “Daily Mail”ə danışıb. Saç ustası işləyən Şerri Virtyunun sözlərinə görə, həyatı boyu müstəqil şəkildə altı dəfə saçlarını boyayıb və əvvəllər heç bir problemlə üzləşməyib. Qadın son boyama proseduru zamanı dərisində qaşıntı hiss etməyə başlayıb. Lakin o buna əhəmiyyət verməyib, bir neçə gündən sonra isə qaşıntı keçib. Qadın bir müddətdən sonra proseduru təkrarlamaq qərarına gəlib. Boyama zamanı onun başının və boğazının dərisi qaşınmağa, yanmağa başlayıb. Üç gün sonra isə qadının üzü o qədər şişib ki, gözlərini aça bilməyib. 41 yaşlı Virtyu allergik reaksiyaya məruz qaldığını anlayaraq dərhal həkimə müraciət edib. Qadının sözlərinə görə, boyamanın təsirindən tam qurtulmaq üçün düz bir ay vaxt lazım olub. Bundan əlavə, dərisində qalan toksinlərdən qurtulmaq üçün o, iki dəfə başını keçəl eləmək məcburiyyətində qalıb: “Bir daha saçlarımı boyamaram, çünki bu, sonum ola bilər. Bu mənim çəkdiyim ağrılara dəyməz”, deyə saç ustası bildirib. Virtyu qadınları keyfiyyətsiz saç boyasından çəkindirmək üçün öz hekayəsini paylaşmaq qərarına gəlib. O, həmçinin istənilən kosmetik vasitəni istifadə etməzdən əvvəl allergik reaksiyanı yoxlamağı tövsiyə edib.

    Ətraflı   11:52     11-Sep-2020     1073
  • alternative title

    Nadir rəngdə olan dəniz pişiyi böyük marağa səbəb oldu - FOTO

    Sosial şəbəkələrdə qeyri-adi rəngdə olan dəniz pişiyinin görüntüləri yayılıb. REN TV-nin məlumatına görə, foto və videonu rusiyalı bioloq Vladimir Burkanov özünün “Instagram” hesabında paylaşıb. Oxot dənizinin sahilində çəkilən görüntülərdə kürən rəngli bala tünd rəngli həmcinsləri ilə birlikdə əks olunub. Burkanov ilk əvvəl onu albinos hesab edib, sonra isə səhvini düzəldərək onun xromist olduğunu bildirib. Görüntülər sosial şəbəkədə böyük maraqla qarşılanıb.

    Ətraflı   11:15     10-Sep-2020     2086
  • alternative title

    Attraksionda bir saat başıaşağı qaldılar

    Əyləncə parkında turistlər bir saat başıaşağı qalıb. Hadisə Çinin Tszyan əyalətində “Attraksionlar parkı”nda olub. Parkın əməkdaşları bir saatdan sonra onları düşürə bilib. Hadisə nəticəsində xəsarət alanın olmadığı vurğulanır.

    Ətraflı   11:12     10-Sep-2020     1890
  • alternative title

    “Terrorçular” məktəbə soxuldu, şagirdin halı pisləşdi - FOTO

    Məktəbdə terrorla mübarizə çərçivəsində keçirilən təlim uğursuzluqla nəticələnib. Belə ki, heç kim beşinci sinif şagirdlərinə bunun məşq olduğunu deməyib. Nəticədə “girov götürülən” şagirdlərdən birinin halı pisləşib. Bu barədə “İşim pere Podsluşano” “VKontakte” kanalı xəbər yayıb. Məlumata görə, Rusiyanın Tümen vilayətində dərs zamanı beşinci sinif şagirdlərinin otağına hərbi formalı insanlar girib və “hər kəs yerində otursun, siz girov götürülübsünüz”, - deyiblər. Bu zaman anadangəlmə ürək problemi olan uşaqlardan birinin halı pisləşib. Nəticədə onu evə aparmalı olublar. Kanalın məlumatına görə, təlimlərdən sonra bərk qorxan digər şagirdlər məktəbə getməkdən imtina ediblər. Kanal həmin təlimdən görüntüləri paylaşıb.

    Ətraflı   11:07     09-Sep-2020     1930
  • alternative title

    Kliniki ölüm keçirən qadın “Cəhənnəmə səfərindən” danışdı: “Birdən ətrafımı dəhşətli varlıqlar bürüdü...”

    Yüksək dozada narkotik qəbul etdiyi üçün kliniki ölüm keçirən pasiyent “Near Death Experience Research Foundation” fonduna (“Ölüm Təcrübəsini Araşdırma Fondu“) “Cəhənnəmə səfərindən” danışıb. “Express”in məlumatına görə, Fransin adlı qadın ilk əvvəl öz cismi üzərində pərvaz etdiyini gördüyünü deyib: “Onların məni diriltməyə çalışdıqlarını izləyirdim. Birdən ətrafımı dəhşətli canlılar bürüdü, mən onları “qaranlıq mələklər” adlandırıram. Onlar qafiyə ilə dedilər: “İşıqdan qaranlığa”. Qafiyənin qalan hissəsini xatırlamıram”. Fransinin sözlərinə görə, qaranlıq varlıqlar onu bir heç olana qədər hissələrə parçaladılar. “Biz sözün əsl mənasında xəstəxananın salonlarından keçdik və damına uçduq. Sonra cəhənnəmə düşdüm və kürəyi üstə uzandım. Başqa ruhların fəryadlarını və ağrılarını eşidirdim. Qəzəbli bir varlıq məni dindirirdi və bu, əbədiyyətə qədər uzandı. O, nəyə inandığımı və kimə ibadət etdiyimi bilmək istəyirdi”, - deyə qadın etiraf edib. Fransin əvvəlcə onlardan qorxduğunu, sonra itaət etməyi dayandırdığını və geri qayıtmaq üçün onları inandırmağa çalışdığını deyib: “Mən İsa Məsihə inandığımı və onun mənə zərər verəcəyini düşünmədiyimi dedim. Sonra qəfil cəhənnəmi tərk etdim”. Bundan sonra qaranlıq varlıqlar Fransinə bütün həyat yolunu göstərərək, etdiyi səhvlərə diqqətini çəkiblər. “Bu düzəliş o qədər təfərrüatlı idi ki, hətta kiməsə pis baxışımın olduğu anları göstərdilər. Davranışımın başqalarına necə zərər verdiyini nümayiş etdrdilər, başqalarını daha çox sevməyim lazım olduğunu bildirdilər”, - deyə qadın qeyd edib. Sonda qadın özünü anasının bətnində hiss edib. “Mən dünyaya gələnə qədər hər şey sakit idi. Mənə dünyanın ilk şərinin doğumu həyata keçirən həkimin “Budur, daha bir balaca fahişə dünyaya gəldi”, - deməsi ilə başladığını dedilər. Mən bunu eşitdim və çox kədərləndim. Bundan sonra mən minlərlə dəfə öldüm və dirildim. Bu sonsuzluq əsl cəhənnəm idi və bunun bitməsini istəyirdim”, - deyə Fransin bildirib. Bəzi tədqiqatçılar, xəstənin izah etdiyi şeylərin normal bir fenomen olduğuna inanırlar. Onların fikrincə, belə bir təcrübə mütləq şəkildə insanın cənnəti, cəhənnəmi və ya ölümdən sonrakı həyatı gördüyü anlamına gəlmir. “Bu, sağ qalma texnikası üçün beynin özünü skan etməsi də ola bilər”, - deyə Nyu-Yorkun Langon Tibb Məktəbinin reanimasiya və həyata qaytarma tədqiqatlarının direktoru Dr.Sem Parniya bildirib.

    Ətraflı   11:54     08-Sep-2020     2231
  • alternative title

    Milçəyi öldürmək istədi, evi partlatdı

    Yaşlı kişi milçəyi öldürmək istəyərkən təsadüfən evi partladıb. Xoşbəxtlikdən kişi sağ qalıb. “The Mirror”un məlumatına görə, tragikomik hadisə Fransada baş verib. Məlumata görə, 80 yaşlı kişi yemək yeməyə hazırlaşarkən milçəyin səsini eşidib. Bu səbəbdən o, elektrik milçəköldürən vasitəsilə həşəratı öldürmək istəyib. Bu zaman evdə partlayış olub. Hadisəyə səbəb kimi evdə qaz sızmasının olması göstərilib. Milçəköldürənin qığılcımı nəticəsində yaranan partlayış zamanı mətbəx və evin damının bir hissəsi uçub. Kişi canını əlinin yanması ilə qurtara bilib. O, müayinə üçün Liburn xəstəxanasına aparılıb.

    Ətraflı   12:44     07-Sep-2020     1670
  • alternative title

    Ekstrim həvəskarı iki saat yarıma dünya rekordunu qırdı

    Avstriyanın Melk şəhərində ekstrim həvəskarı olan Yozef Keberl 2,5 saat buzla dolu şüşə kabinənin içində oturaraq, dünya rekordu qırıb. Bununla bağlı Avstriyanın ORF telekanalı məlumat yayıb. O, bununla dünya ictimaiyyətinin diqqətini buzlaqların əriməsinə çəkmək istədiyini bildirib. İki saat yarımlıq sınaqdan sonra Keberl dondurma istədiyini bildirib. Qeyd edilib ki, o, doğma şəhərində ötən il əldə etdiyi rekordunu yeniləyib. Ötən il baş tutan sınaqda Koberl kabinənin içərisində iki saat səkkiz dəqiqə qala bilmişdi.

    Ətraflı   12:11     07-Sep-2020     1736
  • alternative title

    Bəy gəlini öpdükdən beş dəqiqə sonra öldü - FOTO

    Braziliyalı biznesmen nişanlanması münasibəti ilə sevgilisini öpdükdən beş dəqiqə sonra ölüb. Bu barədə “G1” xəbər yayıb. Bildirilir ki, cütlük mərasimi San-Pauluda açıq havada keçirmək qərarına gəlib. Tezliklə evlənəcəklərini elan etdikən sonra 24 yaşlı Joao Gilyerme Torres Fadini dostları ilə çayda üzmək yarışı keçirmək qərarına gəlib və suya tullanıb. Az sonra bəy suyun altında itib. Dostları və gəlin kişini müstəqil şəkildə tapa bilmədikləri üçün xilasediciləri çağırıbar. Saat yarımdan sonra Fadininin meyiti tapılıb.

    Ətraflı   11:13     07-Sep-2020     1052
  • alternative title

    Uşağın oyuncaq tapançasına görə aeroportda qalmaqal yaşandı

    Uşağın çantasındakı oyuncaq tapançasına görə aeroportda ana ilə əməkdaşlar arasında qalmaqal yaşanıb. “LifeShot” “Telegram” kanalının məlumatına görə, hadisə Krımda Simferopol aeroportunda baş verib. Son məlumatlara görə, uzun mübahisələrdən sonra onlar reysə buraxılıblar.

    Ətraflı   11:44     05-Sep-2020     1163
  • alternative title

    Balasının öldüyünə inanmayan fil onu oyatmağa çalışdı – FOTO

    Dişi fil maşın tərəfindən vurulan balasını ümidsiz şəkildə oyatmağa çalışır. “Malay Mail”in məlumatına görə, görüntülər Malayziyanın Cohor ştatındandır. Kadrları çəkən hadisə şahidinin sözlərinə görə, o, yolun kənarında dayanan fili görüb. Onun nə etdiyinə baxmaq üçün yaxınlaşanda isə ürək dağlayan mənzərə ilə üzləşib: Ana fil balasını silkələyərək oyatmağa çalışıb.

    Ətraflı   11:36     05-Sep-2020     1099
  • alternative title

    914 metr hündürlükdə təyyarənin yanı ilə “uçan kişini” görən pilot şoka düşdü

    ABŞ-ın “American Airlines” aviaşirkətinin pilotu səmada olarkən təyyarənin yaxınlığında “reaktiv çanta” ilə uçan kişini gördüyünü bildirib. Bu barədə “Fox 11” xəbər yayıb. Baş verənlər barədə pilot Los-Anceles aeroportunda enişə hazırlaşarkən dispetçeri məlumatlandırıb. Yaxınlaşma zamanı onların 914 metr hündürlükdə olduğu vurğulanıb. “Biz bu dəqiqə “reaktiv çantalı” gənci ötdük… Bizdən solda, ola bilsin ki, 300 yard (274 metr – red.) məsafədə, təqribən bizimlə eyni hündürlükdə”, - deyə telekanal tərəfindən yayımlanan səs yazısında bildirilib. Sonradan eyni məzmunlu ismarıc “Sky West” aviaşirkətinə məxsus təyyarənin pilotu tərəfindən də göndərilib. Artıq FTB hadisə barədə məlumatlıdır, araşdırmalara başlanılıb.

    Ətraflı   12:08     03-Sep-2020     1212
  • alternative title

    İçərisində şəhər merinin ürəyi olan mücrü aşkarlandı - FOTO

    Belçikanın Vervye şəhərində fəvvarənin təmiri zamanı işçilər içərisində şəhərin ilk merinin ürəyi olan mücrünü tapıblar. Bu barədə BBC xəbər yayıb. Kiçik sink qutu fəvvarənin konstruksiyasının daşlarının birinin altında gizlədilibmiş. Mücrünün üzərində olan qravyuraya əsasən, qutu fəvvarəyə 1883-cü ildə yerləşdirilib. Məlumata görə, mer Pyer David 1839-cu ildə vəfat edib, lakin qədirbilən vətəndaşlar onun ürəyini bu formada əbədiləşdirmək qərarına gəliblər.

    Ətraflı   12:06     03-Sep-2020     1474
  • alternative title

    Qətərin kral ailəsi Bodrumda lüks yaxtaya yollandı: İki yük maşını əşya, 500 çamadan, 180 nəfərlik personal

    Qətər əmiri Tamim ibn Hamad əl Taninin ailəsi Türkiyənin Bodrum turizm bölgəsində lövbər salmış lüks “Katara” yaxtasında istirahətə yollanıb. Bu barədə “HaberGlobal” məlumat yayıb. Milas-Bodrum hava limanına eniş edən kral ailəsinə məxsus təyyarədən iki yük maşını əşya endirilib. Səhər saatlarından etibarən lüks yaxtada qızğın iş başlayıb. Yaxtaya yük maşınları ilə ərzaq daşınıb. Polisin müşayiəti ilə yaxtaya yollanan kral ailəsinin təhlükəsizliyinin qorunmasına həmçinin sahil mühafizəsi dəstələri də cəlb olunub. Kral ailəsinin iki yük maşını ilə gətirilən yükləri arasında 500 çamadan və dalğıc geyimləri diqqət çəkib. “Katara”da tətilə gələn kral ailəsinə xidmət göstərmək üçün xüsusi aşpazlar, ofisiantlar, dalğıc təlimatçıları, uşaqların baxıcıları, cangüdənlər və yaxta personalı ilə birlikdə ümumilikdə 180 nəfərin olacağı ehtimal edilir. Yaxtada istirahət edəcək şəxsin Qətər əmirinin qardaşlarından biri olduğu, həyat yoldaşı və beş uşağı ilə birlikdə Bodrumda istirahət edəcəyi bildirilir.

    Ətraflı   11:52     03-Sep-2020     1639
  • alternative title

    Zibillə dolu evdə iki mauqli-uşaq aşkarlandı

    Mebelsiz və təmirsiz evdə yaşayan çılpaq uşaqlar dəmirdən olan döşəksiz çarpayıda yatırlar. “ÇP Stavropol” “Telegram” kanalının məlumatına görə, ürək dağlayan mənzərə Rusiyanın Stavropol diyarındandır. Məlumata görə, mənzildə qadın iki azyaşlı övladı ilə yaşayır. Məlumat yayıldıqdan sonra uşaqlar qadından alınaraq müvəqqəti olaraq sosial reabilitasiya mərkəzinə verilib. Bu müddətdə qadın mənzildə təmir işləri aparmalı, qaz və istilik sistemi çəkdirməlidir. Qadının uşaqlarını qaytarmaq üçün artıq mənzili yığışdırdığı, yüngül təmir üçün boya və divar kağızı aldığı bildirilir. O da məlum olub ki, qadının daha üç uşağı (iki qız və bir oğlan) var, ancaq onlar atasının himayəsinə verilib.

    Ətraflı   11:49     03-Sep-2020     2023
  • alternative title

    Stüardessanın effektiv FOTOSU sosial şəbəkə izləyicilərini heyran qoydu

    Amerikalı stüardessa Brianna Bernett “Instagram”da effektiv fotosu ilə izləyicilərini heyran qoyub. Bu barədə “RİA Novosti” xəbər verib. Kadrlarda heyət üzvünün baqaj rəfinə çıxması əks olunub. “Sadəcə möhtəşəmdir”, “Gözəl ayaqların var”, “Bu yeri mən tuta bilərəm?”, - kimi şərhlərlə izləyicilər fotoya reaksiya veriblər.

    Ətraflı   11:44     03-Sep-2020     722
  • alternative title

    Meşədə qarşınıza ayı çıxsa, nə etməli?

    Meşədə qarşınıza qəfil çıxan ayıdan özünüzü qorumağın bəzi qaydaları var. Bu barədə “RİA Novosti” Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayır. Bildirilir ki, vəhşi heyvanı görəndə təşvişlənmək, arxa çevirib qaçmağa çalışmaq və onun gözlərinə baxmaq olmaz. Yırtıcını gözlənilməz və böyük bir şeylə qorxutmaq lazımdır. Məsələn, bərkdən qışqıra, yaxınlaşan heyvana daş ata və ya üst geyiminizi çıxarıb yelləyə bilərsiniz. Ayını qorxutmaq üçün həm də çantanızı yuxarıya qaldırmaq və ya yanınızdakı adamlarla dairə yaradaraq gödəkçələrinizi açmaq kimi üsullar da var. Ümumiyyətlə, vəhşi heyvanlar qarşılaşdıqları yad insanı daha yaxşı araşdırmaq və öz varlığı barədə xəbərdar etmək istədikdə arxa pəncələri üzərində dayanırlar. Əgər ayı insana baxan zaman alt dodağını uzadır və irəliyə doğru tərpənmirsə, deməli, yad insan ərazini tərk etməlidir. Belə olduqda səs çıxarmadan, qəfil hərəkət etmədən və heyvandan üz çevirmədən sürətlə geriyə doğru hərəkət etməlisiniz. Amma ayı sizi izləməyə başlayırsa, dayanın və olduğunuz yerdən ayrılmayın. Yırtıcıların hücumuna məruz qaldıqda üzü yerə uzanmaq, yumaq kimi qıvrılmaq və ölmüş kimi davranmaq tövsiyə olunur. Mümkün qədər uzun müddət həmin vəziyyətdə qalın. Xilasedicilər qeyd edir ki, meşədən keçərkən hay-küy salmaq, danışmaq, daşı-daşa vurmaq məsləhətdir, belə olduqda yırtıcı həmin yerdə adam olduğunu eşidib gedir.

    Ətraflı   11:41     03-Sep-2020     1592
  • alternative title

    Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı

    Göyərtədə darıxan qadın sərnişin “hava almaq” üçün təyyarənin qanadına çıxıb. “Xanım sadəcə təmiz hava almaq üçün çıxıb. Özü qəza qapısını açdı, aeroport mənzərəsinə tamaşa etmək üçün təyyarənin qanadında oturdu”, - deyə bildirib.

    Ətraflı   11:30     02-Sep-2020     1045
  • alternative title

    Bill Qeytsdən milyarder dostuna gözlənilməz və maraqlı ad günü hədiyyəsi

    “Microsoft”un qurucusu və milyarder Bill Qeyts “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffett üçün üzərində onun portreti olan ad günü tortu bişirib. Lenta.ru-nun məlumatına görə, o,bununla bağlı “Twitter”də paylaşım edib. “90 yaşın mübarək, Uorren!”, - deyə Qeyts qeyd edib. Qeyd edək ki, U.Baffet planetin ən zəngin insanlarının TOP-onluğundadır. Aprel ayında onun sərvəti 67,5 milyard dollar dəyərində qiymətləndirilib. Bil Qeyts isə 98 milyard dollar ilə sözügedən siyahıda ikinci yerdə qərarlaşıb.

    Ətraflı   11:46     01-Sep-2020     881
  • alternative title

    Saatlarla quyuda köməksiz qalan kişi: “Qəbir mənim üçün hazırlanmışdı”

    Evə qayıdarkən quyuya yıxılan kişi buz kimi suyun içində doqquz saat kömək gözləməli olub. “Hue” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Kirov vilayətində baş verib. Kişinin sözlərinə görə, meşənin kənarı ilə gedərkən qəfildən yerin onu “udduğunu” görüb. Sonradan o, dörd metr dərinlikdə olan quyuda olduğunu anlayıb. Kişi saatlarla kömək gözləyib, səsi batana kimi var qüvvəsi ilə qışqırıb. Ancaq doqquz saatdan sonra yaxınlıqdan keçən bacı-qardaş onun səsini eşidib. Onlar yaxınlıqdakı ağacı kəsərək kişinin quyudan çıxmasına kömək ediblər.

    Ətraflı   11:38     01-Sep-2020     1620
  • alternative title

    Düzgün qidalanmamaq depressiya, narahatlıq, yuxusuzluq və digər problemlərə səbəb olur

    Pəhrizin orqanizm üçün faydası çoxdur. Pəhriz saxlayanlardan bəziləri həkim məsləhəti, bəziləri isə öz bildiyi kimi qidalanmağa üstünlük verir. Həkim-diyetoloq Ləman Süleymanova deyib: “Təəssüflər olsun ki, pəhriz dedikdə bunun yalnız arıqlamaq, çəki atmaq üçün olduğunu düşünürlər. Diyetologiya yalnız arıqlamaqdan ibarət deyil. Burada hər bir xəstəliyə uyğun və hər kəsə fərdi qaydada pəhriz növləri nəzərdə tutulur. Xəstəliklər müəyyən edildikdən sonra ona uyğun pəhriz tətbiq olunmalıdır: Ürək xəstəliyi olanların, mədə-bağırsaq xəstəliyin olanların bir-birindən tam fərqli pəhrizləri var. Məsələn, böyrək xəstələrinə proteini az olan pəhrizlər məsləhət görülür. Ona görə bu fərdilik məsələsinə mütləq əməl olunmalıdır”. Onun dediyinə görə, həddən artıq pəhriz saxlamaq müəyyən psixoloji problemlərə səbəb olur: “Düzgün qidalanmamaq, pəhriz qidalarından rejimsiz istifadə etmək depressiya, narahatlıq, yuxusuzluq və digər problemlərə səbəb olur. Belə halda onlar sosial cəhətdən də özlərində məhdudiyyətlər qoyurlar”. Pəhriz saxlayarkən qida rasionunda karbohidratlar, yağlar və zülallar balanslaşdırılmış qaydada olmalıdır.

    Ətraflı   18:11     31-Aug-2020     1643

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:31     26-Sep-2020     237
  • alternative title 17:49     26-Sep-2020     266
  • alternative title 17:19     26-Sep-2020     241
  • alternative title 17:02     26-Sep-2020     225
  • alternative title 16:47     26-Sep-2020     329
image title here

Some title