Loading alternative title

MARAQLI

  • alternative title

    NASA Ayda suyun olduğunu təsdiqlədi

    Amerika Birləşmiş Ştatları Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn Ayda suyun olduğunu təsdiqləyib. Qurumun rəhbəri bu barədə öz “Twitter” hesabında bildirib. “Biz ilk dəfə olaraq Ayın Günəş səthində suyun olduğunu təsdiqlədik”, - deyə o əlavə edib. Mütəxəssis bu məlumatların “Boeing” təyyarəsi əsasında yaradılan “SOFİA” stratosfer laboratoriyasının köməyi ilə əldə edildiyini açıqlayıb. “Bunu hələ bir qaynaq olaraq istifadə edə biləcəyimizi bilmirik”, - deyə o əlavə edib. NASA rəhbəri Yerin təbii peykində mayelərin araşdırılmasının “Artemis missiyası”nın əsas vəzifəsi olduğunu qeyd edib.

    Ətraflı   14:07     27-Oct-2020     981
  • alternative title

    Təyyarədə qalmaqal: Sərnişinlərin gözü qarşısında ərinə şillə vurdu

    Təyyarədə qadın bütün sərnişinlərin gözü qarşısında qalmaqal salan ərinə şillə vurub. Nəşrin məlumatına görə, hadisə İngiltərənin Mançester şəhərindən İspaniyanın Tenerife adasına uçan bir laynerin göyərtəsində baş verib. Təyyarə enməyə hazırlaşarkən bir kişi yerindən qalxaraq qışqırmağa başlayıb. “Hamı sizə yalan danışır! Nə qədər uzun müddət maska taxsanız, bu, o qədər uzun müddət davam edəcək. Çıxarın onları”, - deyə bağırıb. Ardından arvadı onu sakitləşdirməyə çalışıb, lakin kişi onu “axmaq” adlandırıb. Bunu eşidən qadın onun üzünə bir şillə vurur. Bundan sonra təyyarənin digər sərnişinləri də münaqişəyə qoşularaq, dava salan kişini sakitləşdirməyə və həyat yoldaşlarını ayırmağa çalışıblar. Aviaşirkət daha sonra hadisəni təsdiqləyib və təyyarə endikdən sonra hüquq mühafizəçilərinin işə qarışdığını bildirib.

    Ətraflı   11:10     22-Oct-2020     452
  • alternative title

    Paraplanla səyahət edənlərin səfərinə gözlənilməz qonaq da qoşuldu

    Paraplanla əylənən turistlərin selfi çubuğuna iri kərkəs qonub. Qeyd edək ki, “parahokinq” paraplanda vəhşi quşlarla yanaşı uçuşdur. Meyson hesab edir ki, vəhşi quşlarla yanaşı uçmaq lələklilərin nümayəndələri barədə daha çox məlumat əldə etməyə imkan verir.

    Ətraflı   10:36     16-Oct-2020     552
  • alternative title

    Raket mühəndisliyini öyrənmək istəyən 12 yaşlı abituriyent bilikləri ilə heyran qoydu

    ABŞ-ın Corciya ştatının Texniki İnstitutuna girmək niyyətini açıqlayan 12 yaşlı Kaleb Andersen bilikləri ilə qəbul komissiyasını heyran edib. Bu barədə “Daily Mail” xəbər yayıb. Andersenin həyat hekayəsi heyrətamizdir: Üç yaşında o, MENSA təşkilatına qəbul olub (Bura IQ-sü Yer sakinlərinin 98 faizindən yüksək olan insanları birləşdirir). 11 yaşında isə o, artıq orta məktəbi bitirib. “Əslində mən üstün zəkalı deyiləm, sadəcə yeni informasiyanı daha sürətli qəbul edir və yadda saxlayıram”, - deyə balaca vunderkind öz sirrini bölüşüb. Məlumata görə, uşaq raket mühəndisliyini öyrənmək, təcrübəni isə İlon Maskın yanında keçmək istəyir. Kalebin valideynləri onun ambisiyalarına şaddırlar və onlara ancaq uşaqda insani keyfiyyətləri tərbiyələndirmək qaldığını bildiriblər.

    Ətraflı   11:38     15-Oct-2020     669
  • alternative title

    “Qırıcı” quşun sürət rekordu alimləri heyrətləndirib - FOTO

    Alyaskadan Yeni Zelandiyaya 11 gün ərzində 7500 mil (12070,08 km) məsafə qət edən oxcüllüt quşu dayanmadan uçuş üzrə dünya rekordunu qırıb. Elm adamlarının “qırıcı-quş” adını verdikləri lələkli bütün bu müddət ərzində hətta yemək və içmək üçün yerə enməyib. Bu barədə “The Guardian” xəbər yayıb. Bildirilir ki, alimlər quşun bədəninə yapışdırdıqları sensordan istifadə edərək quşun qeyri-adi səyahətini izləyə biliblər. Layihə müəllifi Dr. Cessi Konklin oxcüllütü reaktiv qırıcı təyyarə ilə müqayisə edib. “Bu quşun hətta görünüşü də qırıcı kimi görünür: uzun, sivri qanadlar və sürüşkən (hərəkət zamanı hava müqavimətini azaldacaq) forma. Bu, quşa çox aerodinamik potensial verir”, - deyə Konklin vurğulayıb. Alimlər quşun marşrutunu xüsusi xəritədə qeyd ediblər. Quş sentyabrın 16-sında Alyaskadan çıxıb və sentyabrın 27-sində Yeni Zelandiyada enib.

    Ətraflı   10:51     15-Oct-2020     484
  • alternative title

    Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü - FOTO

    ABŞ Prezidenti Donald Trampa pərəstiş edən Hindistan sakini Bussa Krişna Amerika liderinin koronavirus xəstəliyinə tutulduğu xəbərindən sonra dözə bilməyib və ürək tutmasından ölüb. Bu barədə “Indian Express” mərhumun ailə üzvlərinə istinadla xəbər verib. Tramp koronavirusa yoluxduqdan sonra Krişna “Facebook” hesabında dəfələrlə emosional videolar yayımlayıb, ABŞ prezidentinə və onun xanımına tez bir zamanda sağalmasını diləyib. Krişnanın qohumu hadisə baş verən gün onun yuxudan həmişəki kimi qalxdığını, özünü rahat apardığını, ancaq qəfil yıxıldığını deyib: “Trampın koronavirusa yoluxduğunu eşidəndən sonra depressiyaya düşdü. Az yeyirdi. Xəstəxanaya gətirdiyimiz zaman həkimlər onun öldüyünü elan etdilər. Ölümün səbəbi infarkt göstərildi”.

    Ətraflı   11:46     13-Oct-2020     483
  • alternative title

    Üzən “mavi tısbağa”

    Yeni zelandiyalı gənc ailə öz əlləri ilə mavi tısbağa (“Blue Turtle”) adlandırdıqları kompakt üzən ev tikiblər. QALANEWS xarici saytlara istinadla xəbər verir ki, bununla da onlar mənzil problemlərini həll ediblər. Çünki yaşadıqları Oklend şəhərində əmlak və torpaq sahəsi çox baha olduğundan mənzil almaq gənc ailələr üçün real deyil. Eni 4,6 metr, uzunluğu isə 11,5 metr olan 2 mərtəbəli “mavi tısbağa”da yaşamaq üçün hər şərait yaradılıb. Orijinal layihə əsasında tikilən evin hər metrindən rasional şəkildə istifadə edilib. Birinci mərtəbədə yerləşən yataq və vanna otaqları, mətbəxdən başqa qonaq otağı da nəzərdə tutulub.

    Ətraflı   15:58     12-Oct-2020     586
  • alternative title

    Faydasız arıqlama metodları açıqlandı

    Həkim və teleaparıcı Aleksandr Myasnikov “Rusiya 1” telekanalının efirində artıq çəki ilə mübarizədə təsirsiz metodlardan danışıb. “RİA Novosti” bu barədə xəbər verir. O, bədənin müəyyən nahiyələrinin soyuq hava kütləsinə məruz qaldığı və liposaksiya effekti bağışlayan kriolipoliz prosedurunu nümunə göstərib. Bu prosedurun yalnız qarın altındakı və ya buddakı yağ təbəqəsində lokal qüsurları olanlara uyğun olduğunu söyləyib. “Piy - endokrin orqandır və onun funksiyası və biokimyası tam öyrənilməyib. Liposaksiya zamanı bədəndə elektrolit tarazlığı pozula, bu isə ürək çatışmazlığına səbəb ola bilər”, - deyə həkim aydınlıq gətirib. A.Myasnikov son zamanlar məşhur olan vakuum apparat masajlarından da bəhs edib. Mütəxəssis artıq çəkinin hormonlardan asılı olduğunu qeyd edib. O, orqanizmdə maddələr mübadiləsini sürətləndirmək və hormon sistemini “aldatmaq” üçün fiziki aktivliyi artırmağı və həyat tərzini tamamilə dəyişməyi məsləhət görüb.

    Ətraflı   11:44     12-Oct-2020     550
  • alternative title

    Filmlərdəki məşhur fəndi təkrarlamaq istədi, həyatından oldu – VİDEO

    Adətən kinolarda filmin qəhrəmanı nəqliyyat vasitəsini son sürətlə sürərək açılmış körpüdən, dağılmış yoldan və sair bu kimi yerlərdən keçir. Lakin çox zaman tamaşaçılar bu fəndlərin kaskadyorlar tərəfindən və müəyyən təhlükəsizlik tədbirləri görüldükdən sonra həyata keçdiyini unudaraq, özləri etməyə çalışırlar. Rusiyada belə bir “qəhrəmanlıq” ölümlə nəticələnib. Belə ki, Sankt-Peterburq şəhərində Neva çayı üzərində gəminin keçməsi üçün açılan körpüdə faciə yaşanıb. Bu barədə “47channel” xəbər yayıb. Məlumata görə, motosiklet sürücüsü qalxan müdafiə baryerini və işıqforun qadağan siqnalına, həmçinin bələdçinin bütün səylə xəbərdarlığına baxmayaraq, açılan körpüdən keçmək istəyib, amma çaya yıxılıb. O, elə hadisə yerindəcə həyatını itirib. Qəza anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

    Ətraflı   10:35     12-Oct-2020     1575
  • alternative title

    Avtobus hərəkətdə ikən sürücü öldü, sərnişinin qəhrəmanlığı insanları xilas etdi

    Sərnişinlə dolu avtobus hərəkətdə ikən sürücü qəfil ölüb. Primorsk sakini özünü itirməyərək ictimai nəqliyyatı qəzasız kənarda saxlaya bilib. “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib. Hadisə Rusiyanın Naxodka şəhərində baş verib. Bildirilir ki, avtobus dayanacaqda hərəkət etdikdən sonra sürücü özünü pis hiss edib, yerə yıxılıb, sonradan onun öldüyü məlum olub. “Bu vaxt hadisə şahidi 29 yaşlı Vasiliy Bernyukov özünü itirməyib və avtobusun sükanı arxasına əyləşərək, sərnişinlərlə dolu ictimai nəqliyyatı saxlayıb”, - deyə polis idarəsindən bildirilib.

    Ətraflı   11:53     10-Oct-2020     596
  • alternative title

    Tullantılardan avtomobil düzəldildi - VİDEO

    Niderlandın Eyndoven Texniki Universitetinin tələbələri tullantılardan avtomobil düzəldiblər. Korrespondent.net xəbər verir ki, avtomobilin hazırlanması üzərində 22 tələbə yarım il işləyib. Maşın plastik butulkalardan, plastik kütlədən və məişət tullantılarından hazırlanıb. Tələbələr digər şirkətlərlə əməkdaşlıq çərçivəsində tullantılardan yeni materiallar da düzəldiblər. Onları digər materiallarla təhlükəsiz şəkildə və möhkəm birləşdirmək mümkün olub. Bu işdə məqsəd tullantıların avtomobilin bir çox elementi üçün xammal ola biləcəyini göstərməkdir. Tələbələr ümid edirlər ki, sözügedən avtomobili yolda sürməyin təhlükəsiz olduğunu sübut edəcəklər.

    Ətraflı   11:32     10-Oct-2020     1405
  • alternative title

    Körpəsini altı ay şkafda saxladı: Acından ölməsini gözlədi

    37 yaşlı qadın yeni doğulan körpəsini altı ay şkafda saxlayıb. E1.ru-nun məlumatına görə, dəhşətli hadisə Rusiyanın Karpinsk şəhərində qeydə alınıb. Tanışı İrinanın sözlərinə görə, Yuliya uşağı dünyaya gətirdikdən sonra hamıya onun öldüyünü deyib. Heç kimin uşağın sağ olmasından və şkafda çantada saxlanılmasından xəbəri olmayıb. Qadının ondan başqa iki övladı da var: 13 yaşlı oğlu və üç yaşlı qızı. “Oğlan nəyə görə isə susurdu, qız isə bağçada deyirdi ki, onların lap “canlı kimi” gəlinciyi var, adı Polinadır. Ancaq heç kim buna diqqət etmirdi, düşünürdülər ki, qız balacadır, bu da onun fantaziyasıdır. Bir neçə gün öncə Yuliyanın dostları onun evinə yığışır, içki məclisi olur. Sonra qəribə səslər eşitməyə başlayırlar, ana bu vaxt artıq sərxoş idi. Qonaqlar səsin şkafdan gəldiyini görüb, qapını açırlar və çantanın içində uşağı görüblər. Qonaqların əksəriyyəti içkili olub, ağlamağa, uşağı videoya çəkməyə başlayıblar. Uşağı dərhal evlərinə aparıblar. İçkili olduqlarından polis çağırmayıblar. Səhəri gün isə həm təcili yardım, həm də polis çağırırlar”, - deyə İrina bildirib. Yerli sakinlərdən birinin sözlərinə görə, qadın uşağı acından öldürmək istəyib, ancaq 13 yaşlı qardaşı onu yedirdib. Məlumata görə, hazırda uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, qadın isə ruhi xəstəxanaya aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

    Ətraflı   15:09     09-Oct-2020     1603
  • alternative title

    1900-cu ilə aid şəkildəki qeyri-adi detal görənləri qorxutdu - FOTO

    1900-cü ildə çəkilmiş ağ-qara fotoşəkil sosial şəbəkə istifadəçilərini çaş-baş qoyub. “Daily Mail”in məlumatına görə, köhnə fotoda qorxunc detal “Mumsnet” forumunun iştirakçılarının nəzərini cəlb edib. Şəkil Şimali İrlandiyanın paytaxtı Belfastda çəkilib. Orada kətan fabrikinin 15 qadın işçi təsvir edilib. İstifadəçilərdən biri fotoşəkildə qeyri-adi nə olduğu barədə təxminləri irəli sürməyi təklif edib. Şərhçilər qadınlardan birinin çiynində tək əl gördüklərini yazmağa başlayıblar. Sosial şəbəkə istifadəçiləri bu detala görə bərk qorxduqlarını dilə gətiriblər. Məsələ burasında idi ki, həmin qadının arxasında onun həmkarı dayansa da, o, əlini sinəsində çarpazlamışdı. Bir çoxları əlin havadan çıxdığına bənzədiyini yazıblar. Digərləri isə fotodakı detalları fövqəltəbii qüvvələrin sübutu hesab ediblər.

    Ətraflı   10:58     09-Oct-2020     740
  • alternative title

    İlk dəfə sirkəli çipsin dadına baxan uşağın maraqlı reaksiyası

    Sosial şəbəkələrdə duzlu və sirkəli çips yeyən uşaq barədə görüntü böyük maraqla qarşılanıb. “Daily Mail”in verdiyi məlumata görə, görüntülər Nyu-Yorkdandır. Görüntülərdə qeyri-adi qəlyanaltının dadına baxan qızın üz-gözünü turşutması əks olunub. Bununla belə, qız təslim olmayaraq, əlindəkini yerə qoymur.

    Ətraflı   10:49     09-Oct-2020     636
  • alternative title

    Yüzlərlə funt sterlinqə satılan geyim görünüşü ilə alıcıları çaş-baş qoydu - FOTO

    Səliqəsiz görünüşünə görə sosial şəbəkədə “rəngsaz kostyumu” adlandırılan məşhur markanın kombinezonu alıcılar tərəfindən tənqid olunub. Bu barədə “Daily Mail” xəbər yayıb. Söhbət ABŞ-ın lüks “Ralph Lauren” brendi tərəfindən cinsə bənzər materialdan hazırlanan qızıl zəncirli uzun kombinezondan gedir. Sözügedən qarderob əşyası ön və arxa tərəflərdə iki cib ilə bəzədilib. Bundan əlavə, kostyumda ağ boya damcılarını simulyasiya edən ləkələr və sürtünmə izləri var. Markanın veb saytındakı kombinezonun qiymətinin 620 funt sterlinq (1 360 AZN) olduğu qeyd edilib. Sosial şəbəkə istifadəçiləri təsvir olunan geyimi rəngsaz formasına bənzədiyi üçün gülüş hədəfinə çeviriblər. “Yaşamaq üçün pul qazanmaq istəyən şəxsə bənzəməyə görə pul ödə”, “Mən qəhqəhə ilə gülürəm”, “Özü də bunu kim isə alacaq”, “Rəngsaz kostyumu? Siz ciddisiniz?”, - kimi şərhlərlə istifadəçilər geyimi lağa qoyublar.

    Ətraflı   15:01     08-Oct-2020     2135
  • alternative title

    Təbiət möcüzəsi: Səmada eyni anda üç günəş görünüb

    Rusiyanın Yamalo-Nenets muxtar dairəsinin sakinləri qeyri-adi bir təbiət hadisəsini müşahidə ediblər. Belə ki, səmada bir anda üç günəş görünüb. Bu barədə “Vesti Yamal” xəbər verib. Bu optik fenomen günəş halosu adlanır. Halo - Günəş və Ay ətrafında yaranan işıltılı halqadır. O, yerdən 5-10 km yüksəklikdə lələkvari buludların buz kristallarında işığın sınması və əks olunması nəticəsində yaranır. Halo da göy qurşağı və qütb parıltısı kimi optik atmosfer hadisəsidir.

    Ətraflı   10:33     08-Oct-2020     705
  • alternative title

    Mineral suyun ciddi təhlükəsi müəyyən edildi

    Mineral suyun ciddi təhlükəsi müəyyən edildi. “RİA Novosti” yazır ki, dietoloq Yelena Solomatina tibbi göstəricilər olmadan müalicə məqsədilə mineral suyun istifadəsinə qarşı xəbərdarlıq edib. Bu barədə o, “Veçernyaya Moskva” qəzetinə məlumat verib. Həkim sağlam insanın birdəfəlik mineral sudan istifadəsi zamanı təhlükənin olmadığını söyləyib. “Digər məsələ, mütəmadi olaraq mineral suyun qəbuludur. O zaman müəyyən konsentrasiyalı duzların doyma prosesi gedir. Məsələn, mineral suların tərkibində olan duzlar bəziləri üçün xeyirli ola bilər, lakin digər insanların sağlamlığına keçirdiyi xəstəliklə əlaqədar olaraq zərər verə bilər”, - deyə mütəxəssis izah edib. O, sağlam insanın gündəlik müalicəvi mineral sudan istifadə etməməsini, xəstə olanlara isə bunun zəruri olmadığını, mədə-bağırsaq traktında problem olanların bu sudan həkim göstərişinə əsasən istifadə etməli olduğunu vurğulayıb. “Mən göndərişlə müalicəvi istirahət mərkəzinə gələnlərin dostlarla zaman keçirmək naminə mineral suları qəbul etdiklərinin şahidi olmuşam”, - Y.Solomatina bunu tövsiyə etməyib. Mütəxəssis minerallaşma səviyyəsinə görə həmin suların tərkibinin fərqləndiyini əlavə edib. “İçməli suyu məhdudiyyətsiz qəbul edə bilərsiniz, müalicə məqsədilə minerallaşmış içməli suya çox aludə olmayın, sırf müalicə məqsədli mineral sular isə adından da göründüyü kimi müalicə üçündür”, - deyə dietoloq aydınlıq gətirib.

    Ətraflı   12:31     01-Oct-2020     889
  • alternative title

    Şir balalarını öz südü ilə bəsləyən çoban iti

    Rusiyanın Vladivostok şəhərində Sandra adlı alman çoban iti parkda doğulmuş və anaları tərəfindən tərk edilmiş şir balalarını öz südü ilə bəsləyir. İtin sahibi bildirir ki, “Sandra”nın səkkiz yaşı var və onun südündə şir balalarının normal inkişafı üçün lazım olan bütün komponentlər mövcuddur.

    Ətraflı   11:57     25-Sep-2020     889
  • alternative title

    15 yaşında qatil manyakın əlindən qaçan qız xilas yollarını açıqladı

    15 yaşlı amerikalı yeniyetmə manyakın əlində ölməkdən son anda qurtulub. Hazırda o, “TikTok”da hesab açıb və başqalarına psixoloji travmalarla bağlı tövsiyələrini verir. Bu barədə 360TV xəbər yayıb. Məlumata görə, Kara Robinson Çemberleyn 2002-ci ildə manyak tərəfindən qaçırılıb. O, qatilin əsirliyində 18 saat keçirib. Bu müddət ərzində yeniyetmə dəfələrlə təcavüzə məruz qalıb. Sonra qız manyakın yatmasından istifadə edərək onun əlindən qurtulub. Onun bəxti gətirib, yaxınlıqdan maşın keçib. Sürücü onu dərhal polis idarəsinə aparıb. Sonradan məlum olub ki, Çemberleynə dəfələrlə təcavüz edən kişi seriyalı qatil Riçard Evonitsdir. O, Virciniyada üç nəfəri qətlə yetirib. Çemberleyn qaçandan sonra manyak da gizlənmək məcburiyyətində qalıb. Polislər bir müddətdən sonra onu tapır, lakin qatil saxlanılarkən intihar edir. Çemberleyn baş verənlərin öhdəsindən gəlməyi bacarıb. O, uzun müddət polis idarəsində işləyib, təcavüz hadisələrinin təhqiqatında iştirak edib. Hazırda onun iki qızı var və sosial şəbəkədə bloq yaradıb. Orada Çemberleyn psixoloji problemləri necə dəf etdiyini danışır. Karanın əsarətdən necə qurtulmağı barədə rolikə 45 mindən artıq baxılıb. Onun sözlərinə görə, hər şey qandalların tipindən asılıdır: qızın bəxti gətirib, qandallar biləyinə bərk bağlanmadığından əlini çıxa bilib. “Pis hadisələr baş verir, ancaq bu dünyanın sonu deyil. Bizim seçimimiz var – ya olanlar bizi məhv edəcək, ya da daha güclü edəcək”, - deyə Çemberleyn bildirib.

    Ətraflı   11:49     25-Sep-2020     1200
  • alternative title

    “Qanlı alma” ilə bağlı optik illüziya görənləri çaş-baş qoydu

    “KirasStar” ləqəbli “Reddit” istifadəçisi izləyiciləri çaş-baş qoyan alma şəkli yayımlayıb. Paylaşım 70 mindən çox bəyənmə toplayıb. Bu barədə Lenta.ru xəbər yayıb. Optik illüziya səbəbindən bir çox istifadəçi meyvənin dişləndiyinin fərqinə varmayıb. “Almanın ləti ilə qabığı eyni rəngdədir”, - deyə nəşr müəllifi yazıb. Almanın şəklini görən bir çoxları təəccüblənib. İstifadəçilərdən biri qabığın və lətin harada olduğunu dərhal anlamadığını, bunun üçün bir qədər vaxt sərf etdiyini yazıb. Şərhlərdə əksəriyyət meyvəni nağıllardakı mənfi personajların istifadə etdiyi alma ilə müqayisə edib. Digərləri isə meyvəni zarafatla “qanlı alma” adlandırıb. “KirasStar” meyvəni iş yerində həmkarından aldığını və dadının digərlərindən fərqli olmadığını vurğulayıb.

    Ətraflı   11:25     24-Sep-2020     882

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:40     27-Oct-2020     1306
  • alternative title 11:25     27-Oct-2020     1196
  • alternative title 11:05     27-Oct-2020     352
  • alternative title 10:32     27-Oct-2020     371
  • alternative title 11:23     26-Oct-2020     503
image title here

Some title