Loading alternative title

DÜNYADA

  • alternative title

    Misirdə dövlət qoruqlar tezliklə ziyarətə açılacaq

    COVID-19 pandemiyası səbəbindən ziyarətçilər üçün qapalı olan Misirin Qırmızı dəniz və Cənubi Sinay ərazisindəki milli qoruqlar yaxın vaxtlarda həm yerli, həm də əcnəbi turistlər üçün açıq olacaq. Bu barədə ölkənin Ekologiya naziri Yasmin Fuad məlumat verib. Nazir əlavə edib ki, milli qoruqlarda, habelə istirahət mərkəzlərində turistlərin təhlükəsizliyini qorumaq məqsədilə ciddi profilaktik tədbirlər həyata keçirilib və otellərə yalnız otaqlarının 50 faizindən istifadə etməyə icazə veriləcək. Nazirlik, həmçinin milli qoruqlara giriş qiymətlərinə yarıbayarı güzəşt tətbiq edib. Misirin “Ras Məhəmməd”, “Elba”, “Müqəddəs Katerina”, “Nabq”, “Əbu Qallum”, “Taba” və “Qırmızı dənizin şimal adaları” milli qoruqları turistlər arasında populyar məkanlardır.

    Ətraflı   17:48     03-Aug-2020     4115
  • alternative title

    Nobel Sülh mükafatı laureatı Con Hyum vəfat edib

    Şimali İrlandiyalı siyasətçi və Nobel Sülh mükafatı laureatı Con Hyum uzun sürən xəstəlikdən sonra 83 yaşında “Londonderi” qocalar evində vəfat edib. AZƏRTAC xəbər verir ki, Şimali İrlandiyanın siyasi həyatında 30 ildən çox fəaliyyət göstərən Hyum Sosial Demokrat və Leyboristlər Partiyasının qurucu üzvlərindən olub və 1979-2001-ci illərdə partiyaya rəhbərlik edib.

    Ətraflı   17:47     03-Aug-2020     4076
  • alternative title

    Gürcüstanda yanacağın qiyməti bahalaşıb

    Gürcüstanda yanacağın qiymətində bahalaşma qeydə alınıb. Bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb. Bildirilir ki, adi yanacaq doldurma məntəqələrində (YDM) yanacaq orta hesabla 30 tetri (təqribən 10 sent), brend YDM-lərdə isə 5-8 tetri bahalaşıb. Birliyin sədri Vano Mtvralaşvili deyib ki, son aylarda yanacağın qiymətinin artması dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması ilə əlaqədardır. O, yanacağın qiymətinin bundan sonra da arta biləcəyini istisna etməyib. Bildirib ki, pandemiya dövründə dünya bazarında enerji daşıyıcılarının və neft məhsullarının qiymətində artım müşahidə olunur.

    Ətraflı   17:29     03-Aug-2020     3870
  • alternative title

    Bu il Gürcüstanda 314 nəfər HİV virusuna yoluxub

    Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanda 314 nəfərin HİV virusuna yoluxduğu aşkar edilib. Bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb. İndiyədək ölkədə HİV-ə yoluxma ilə bağlı 8416 fakt qeydə alınıb. Onların 6283-ü kişilər, 2133 nəfəri isə qadınlar olub. Yoluxanların böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır. İlin birinci yarısında 58 kişi və 18 qadın HİV virusundan ölüb. Qeyd edək ki, QİÇS/HİV Gürcüstanda ilk dəfə 1989-cu ildə qeydə alınıb. Həmin vaxtdan bəri bu xəstəlik 1700 nəfərin həyatına son qoyub. HİV-ə yoluxma halları uşaqlar arasında da müşahidə olunur. Virusa yoluxmuş 116 uşaqdan 27-si həyatını itirib.

    Ətraflı   17:27     03-Aug-2020     3950
  • alternative title

    Misirli nazir ehramların yadplanetlilər tərəfindən tikildiyini iddia edən İlon Maskı ölkəsinə dəvət edib

    Misirin Beynəlxalq Əməkdaşlıq naziri Raniya əl-Məşhat qədim Misir ehramlarının hallüsinasiya olduğunu və yadplanetlilər tərəfindən tikildiyini iddia edən məşhur milyarder, “SpaceX” kosmik şirkətinin sahibi İlon Maskı ölkəsinə dəvət edib. “Sizin fəaliyyətinizi heyranlıqla izləyirəm və Misir piramidalarının necə tikildiyi, oradakı sərdabələr haqqında daha dolğun məlumat almaq üçün ölkəmizə dəvət edirəm”, - deyə xanım nazir sosial şəbəkədəki səhifəsində yazıb. AZƏRTAC xəbər verir ki, əfsanəvi firon II Ramzesin də yadplanetli ola biləcəyini iddia edən milyarderə daha bir cavab Misirin dünya şöhrətli arxeoloqu Zahi Havasdan gəlib. Maskın iddialarının tarixi və arxeoloji əsasları olmadığını qeyd edən alim bildirib ki, ehramları bəzi tarixçilərin də iddia etdikləri kimi, qullar yox, misirlilər tikib. Bunu sərdabələrın hamısının Xufu ehramı üslubunda fironların nəzarəti altında tikilməsi də sübut edir. O əlavə edib ki, II Ramzes isə Misirin Şərqiyə əyalətindən olub. Havas deyib ki, görünür, milyarder kimi qazandığı şöhrət Maska azlıq edir və o, II Ramzesin yadplanetli olması iddiası ilə sosial şəbəkələrdə əlavə gündəm yaratmaq arzusundadır. Alim onu da qeyd edib ki, məşhur fironun ailəsi də indi Qantir kimi tanınan Pi-Ramesess adlı əyalətdə yaşayıb. Misirli arxeoloq vurğulayıb ki, ehramlar tanrı və günəşin rəmzidir. Onların bir hissəsi də fironların üçüncü sülaləsinin zamanında tikilib. Onun sözlərinə görə, bu yaxınlarda tapılmış “Vadi Carf” papirusunda da Xufu ehramının tikintisindən bəhs edilir. Z.Havas amerikalı milyarderə fironlar və piramidalar haqqında daha çox kitab oxumağı tövsiyə edib. Qeyd edib ki, o, bu mütaliədən sonra ehramların 4 min il əvvəl yadplanetlilər deyil, misirlilər tərəfindən tikildiyinə əmin olacaq.

    Ətraflı   17:17     03-Aug-2020     3901
  • alternative title

    İsraildə üç nazir karantinə göndərilib

    İsrailin Ali Təhsil və Su Resursları naziri Zyeev Elkin, İcmanın İnkişafı və Gücləndirilməsi naziri Orli Levi-Abukasis və Din İşləri naziri Yakov Avitan həmkarları - Qüds İşləri üzrə nazir Rafi Peresdə koronavirus aşkarlandıqdan sonra karantinə göndəriliblər. Bu barədə Yedioth Ahronoth nəşri məlumat yayıb. Peresin sosial şəbəkədə yazdığına görə, onun cümə günü verdiyi koronavirus testi pozitiv çıxıb. Mayın sonlarından İsraildə yoluxma halları artmağa başlayıb. İyunun 6-da 160, iyunun 23-də 460, iyulun 2-də 1026, iyulun 9-da 1650, iyulun 31-də 1367 koronavirus xəstəsi aşkarlanıb. İsrail Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi qaydalar mayın 27-dən qüvvədə qalır. Buraya 2 metr sosial məsafə saxlanması və evdən kənarda qoruyucu maska taxılması daxildir.

    Ətraflı   17:15     03-Aug-2020     4111
  • alternative title

    Türkiyədə 14 meşə yanğını baş verib

    Türkiyənin 11 vilayətində son günlər baş verən 14 meşə yanğınından biri söndürülüb, üç nöqtədə isə müdaxilə davam edir. Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi xəbər verir ki, meşə yanğınlarının söndürülməsinə çox sayda təyyarə, helikopter, yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

    Ətraflı   17:13     03-Aug-2020     1260
  • alternative title

    Türkiyədə sağlam qida məhsulları tədarükü üçün ciddi tədbirlər görülür

    Türkiyədə ekoloji cəhətdən sağlam qida tədarük edilməsi üçün ciddi tədbirlər görülür. Standartların, o cümlədən sanitar qaydaların pozulmasına qarşı cəzalar və pul cərimələri kəsilir. Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi xəbər verir ki, cari ilin yeddi ayında ölkə üzrə 122.989 qida istehsalı yerində, 311.616 qida satışı mərkəzində, 270.574 qida tədarük məntəqəsində olmaqla ümumilikdə 705 mindən yuxarı yoxlama keçirilib. Ciddi çatışmazlıq aşkar edilən 7 min 446 yerə qarşı 63.111.879 türk lirəsi (təxminən 0.9 milyon ABŞ dolları) cərimə tətbiq olunub.

    Ətraflı   17:00     03-Aug-2020     528
  • alternative title

    Türkiyənin Ərzurum-Artvin yolunda sel səbəbindən nəqliyyatın hərəkəti dayanıb

    Güclü sel və daşqın Türkiyənin şimal-şərq bölgəsində yenidən böyük fəsadlar yaratmağa başlayıb. QALANEWS xəbər verir ki, Ərzurum-Artvin avtomagistralını lil basması nəticəsində yolda nəqliyyatın hərəkəti dayanıb. Ərzurumun Tortum Rayonu ərazisində yaranan 6 kilometrdən uzun maşın tıxacı getdikcə daha da uzanır. Magistralın açılması üçün təbii fəlakət bölgəsinə ağır texnikalar cəlb olunub. Metroloqlar sabahdan etibarən Türkiyənin ən azı on vilayətində daşqınlar yaradacaq güclü yağış olacağını bildiriblər.

    Ətraflı   16:55     03-Aug-2020     876
  • alternative title

    Avstriyanın sərhəd nəzarətində helikopterləri dronlar əvəz edəcək

    Avstriya Macarıstan və Sloveniya ilə dövlət sərhədinin mühafizəsində dronlardan istifadə edəcəkdir. Avqust ayında start veriləcək pilot layihə çərçivəsində dronlar sərhəd zolağında helikopterləri əvəz edəcək. Bu məlumatı Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer Avstriya Mətbuat Agentliyinə (APA) verdiyi açıqlamada təsdiqləyib. O qeyd edib ki, qeyri-leqal miqrant axınlarını nəzarətdə saxlamaq üçün indiyədək helikopterləri sərhəd boyunca havadan müşahidə aparır və bu uçuşlar olduqca baha başa gəlir. Xərcləri aşağı salmaq üçün nazirlikdə dronlardan istifadə barədə qərar verilib. Foto və videomaterialları real vaxt rejimində idarə mərkəzinə ötürən dronlar, eyni zamanda, istilik kameraları ilə də təchiz olunacaqdır. Nazir həmçinin bildirib ki, Avropa İttifaqının xarici sərhəd nəzarəti effektiv şəkildə fəaliyyət göstərməyincə, Avstriya öz sərhədlərinin mühafizəsində yeni texnologiyaların tətbiqinə məcbur olacaqdır. O, aktual miqrasiya problemlərini müzakirə etmək üçün avqustun sonunda Yunanıstana səfər edəcəyini də bildirib. Pilot layihə çərçivəsində bir neçə dron sistemi sınaqdan keçiriləcək, eyni zamanda, hansı texniki göstərici və avadanlıqların sərhəd mühafizəsi üçün lazım olduğu öyrəniləcəkdir. Nazir açıqlamasında sərhədboyu zonada yaşayan yerli əhalini narahat edən məlumatların qorunması məsələsinə də aydınlıq gətirib və bildirib ki, əldə edilən görüntülər mütəmadi olaraq silinəcəkdir və bununla bağlı bütün konstitusion tələblər icra ediləcəkdir. Həmçinin qeyd edilib ki, Macarıstan və Sloveniya tərəfi bu pilot layihə barədə məlumatlandırılıb və hər iki ölkə bu layihəyə maraq göstəriblər. Sloveniya tərəfi isə Xorvatiya ilə sərhədlərin mühafizəsində dronlardan istifadə üçün Avstriya tərəfinə əməkdaşlıq üçün təklif edib.

    Ətraflı   16:45     03-Aug-2020     1194
  • alternative title

    Ukraynada biznes mərkəzində girov götürmüş şəxs zərərsizləşdirildi - YENİLƏNİB

    Ukraynanın paytaxtı Kiyevdə bir nəfəri girov götürən və biznes mərkəzini partlatmaqla hədələyən Zöhrab Kərimov xüsusi xidmət orqanların keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib. 15:45 Ukraynanın paytaxtı Kiyevdə bir nəfəri girov götürən və biznes mərkəzini partlatmaqla hədələyən Zöhrab Kərimov elan edib ki, onu öldürsələr belə, partlayıcını işə salacaq. QALANEWS xəbər verir ki, Z.Kərimovun ayağı partlayıcı maddənin olduğu çantaya bağlıdır. Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenko bildirib ki, Z.Kərimov əqli cəhətdən qüsurlu şəxsdir. Son məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Leonardo” biznes mərkəzinin ərazisinə ağır texnika yeridilib.

    Ətraflı   16:36     03-Aug-2020     401
  • alternative title

    Avstraliyanın Viktoriya ştatında koronavirusa görə fəlakət rejimi elan edilib

    Avstraliyanın Viktoriya ştatında koronavirusun geniş yayılması ilə əlaqədar fəlakət rejimi elan edilib. Bu barədə ştatın Baş Naziri Deniel Endryüs avqustun 2-də bəyan edib. “Ştatın bəzi rayonlarında artıq real təhlükə mövcuddur və o, dayanmadan artır. Buna görə də avqustun 12-də axşam saat 18:00-dan başlayaraq, ştat ərazisində fəlakət rejimi elan olunur. Bu polisə sanitar-epidemioloji qaydalara əməl edilməsi üçün nəzarəti gücləndirmək imkanı verəcək”, - deyə Baş Nazirin saytında dərc olunan bəyanatda bildirilir. Qeyd edilir ki, fəlakət rejimi ilə bağlı məhdudiyyətlər Melburnda bazar günü axşamdan, bütün ştat ərazisində isə avqustun 5-də saat 12:00-dan sonra tətbiq olunacaq. Bunun altı həftə ərzində, sentyabrın 13-dək davam edəcəyi bildirilir. D.Endryüs əlavə edib ki, Melburnda məhdudiyyətlər, eyni zamanda, saat 20:00-dan saat 5:00-dək komendant saatının tətbiqini də nəzərdə tutur. Həmin müddət ərzində yalnız səhiyyə xidmətinə ehtiyacı olanlar və həmin xidməti göstərənlər evlərini tərk edə bilərlər. Bununla yanaşı, komendant saatı ərzində ictimai nəqliyyatın hərəkəti ixtisar ediləcək, gecə işləyən bütün müəssisələr bağlanacaq.

    Ətraflı   16:31     03-Aug-2020     1279
  • alternative title

    Yaponiya ilə ASEAN ölkələri arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Haqqında Razılaşmaya düzəlişlər qüvvəyə minib

    Yaponiya ilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələr arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Haqqında Razılaşmaya düzəlişlər barədə ilk protokol qüvvəyə minib. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən bu ölkədəki xüsusi müxbir məntəqəsinə daxil olan məlumatda bildirilir. Qeyd edilir ki, Yaponiya ilə ASEAN ölkələri – Laos, Myanma, Sinqapur, Tailand və Vyetnam arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Barədə Razılaşmaya düzəlişlər barədə ilk protokol avqustun 1-də qüvvəyə minib. Bildirilir ki, həmin protokol Yaponiya ilə ASEAN ölkələri arasında 2008-ci ildə qüvvəyə minmiş razılaşma ilə əlaqədar ticarət xidmətlərinə, fiziki şəxslərin və investisiyaların mübadiləsinə əlavələri nəzərdə tutur. Eyni zamanda, bu sənəd Yaponiya ilə Kamboca, Laos və Myanma arasında ilkin iqtisadi tərəfdaşlıq razılaşmasıdır. Protokolun Yaponiya ilə ASEAN üzvü olan ölkələr arasında ticari və investisiya mübadiləsini artıracağı, iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyi də qeyd edilir.

    Ətraflı   16:30     03-Aug-2020     1222
  • alternative title

    Yaponiyada insanlar daha uzunömürlü olublar

    Yaponiyada kişilərin və qadınların orta ömür həddi ötən il daha uzun müddət davam edərək rekord səviyyəyə çatıb. QALANEWS xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Bildirilir ki, ötən il Yaponiyada qadınların orta ömür həddi 87,45 il, kişilərinki isə 81,41 il təşkil edib. Qeyd edilir ki, həmin göstərici Yaponiyanın şimal-şərqində 2011-ci ilin martında baş verən zəlzələdən və sunamidən sonra aşağı düşmüşdü. Lakin bundan sonrakı illər ərzində orta ömür müddəti qadınlar üçün yeddi il, kişilər üçün isə səkkiz il ardıcıl olaraq artıb və yeni rekord səviyyəyə çatıb. Onu da qeyd edək ki, yapon qadınlar uzun ömürlülük baxımından dünyada Honkonq qadınlarından sonra ikinci yeri tuturlar. Yapon kişilər isə Honkonq və İsveçrə kişilərindən sonra üçüncü yerdə qərarlaşıblar.

    Ətraflı   16:28     03-Aug-2020     1057
  • alternative title

    ABŞ-dakı qazma qurğularının sayı 251-dir

    Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı dəyişməyib. Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı dəyişməyərək 251 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 691 ədəd geriləyib. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayı 590, təbii qaz qazma qurğularının sayı isə 102 ədəd azalıb. Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

    Ətraflı   16:27     03-Aug-2020     849
  • alternative title

    Gürcüstanda ərzaq məhsullarının qiyməti artıb

    İyul ayında Gürcüstanda ərzaq məhsullarının qiymətində artım qeydə alınıb. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, iyulda Gürcüstanda illik inflyasiya 5,7 faiz təşkil edib. İstehlak mallarının qiymətləri indeksində aylıq müqayisədə 0,5 faiz azalma olub. İllik inflyasiya ilə müqayisədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 11,5 faiz, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 9 faiz artıb. Geyim və ayaqqabıların qiymətində isə 4 faiz azalma olub.

    Ətraflı   16:12     03-Aug-2020     954
  • alternative title

    Filippin paytaxtında və ətraf regionda yenidən ciddi məhdudiyyətlər tətbiq olunacaq

    Filippin hökuməti iyulun 4-dən başlayaraq Manilada və paytaxtətrafı regionda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə yenidən ciddi məhdudiyyətlərin tətbiq olunacağını bildirib. Yerli KİV-lər xəbər verir ki, həmin məhdudiyyətlərin avqustun 18-dək davam edəcəyi qeyd olunur. Məhdudiyyət tədbirlərinə ərzaq və dərman daxil olmaqla gündəlik tələbat məhsullarını almaq istisna olmaqla, evdən çıxışın qadağan olunması daxil ediləcək. Bununla yanaşı, əməkdaşların iş yerlərinə gedişinə də məhdudiyyətlər qoyulacaq. Koronavirus pandemiyasının Filippin iqtisadiyyatına güclü ziyan vurduğu qeyd edilir. Bildirilir ki, ölkədə işsizliyin səviyyəsi 17,7 faizə qalxıb ki, bu da həmin statistikanın aparılmağa başlandığı dövrdə ən yüksək göstəricidir. Əlavə olaraq qeyd edək ki, son sutka ərzində Filippində koronavirusa yoluxanların ümumi sayı 5 min 32 nəfər artaraq 100 mini ötüb.

    Ətraflı   16:11     03-Aug-2020     898
  • alternative title

    Polşada təbii fəlakət təbili çalınır

    Avqustun 3-ü gecə saatlarından başlayan güclü leysan və külək Polşanın beş əyalətini təhlükə altında qoyub. Polşanın Meteorologiya və Su Resursları üzrə İnstitutu səhər saatlarında birinci dərəcəli xəbərdarlıq edib. Əhaliyə evdən çıxmamaq və avtomobildən istifadə etməmək tövsiyə olunub. Bəzi yerlərdə leysan nəticəsində düşəcək yağışın miqdarının 40 millimetrə çatacağı gözlənildiyi üçün sel təhlükəsi realdır. Küləyin sürəti isə saatda 65 kilometr olacaq. Xəbərdarlıq ilkin mərhələdə günün sonunadək qüvvədədir. Xüsusilə çay kənarlarındakı ərazilərin əhalisinə diqqətli olmaq, təhlükə anında operativ müraciət etmək tapşırılıb.

    Ətraflı   16:08     03-Aug-2020     925
  • alternative title

    Əfqanıstanda həbsxanaya hücum nəticəsində azı 20 nəfər həlak olub

    Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin administrativ mərkəzi Cəlalabad şəhərindəki həbsxanaya hücum nəticəsində azı 20 nəfər həlak olub. “1TV” telekanalı xəbər verir ki, əvvəlcə kamikadze bomba yüklü avtomobili həbsxana yaxınlığında partladıb. Ardınca silahlı şəxslər həbsxana binasına daxil olub. Döyüş səhər saatlarına qədər davam edib. Hücum edən silahlılardan 5-i öldürülüb. Həmçinin həbsxanadan qaçmağa çalışan 700-dək məhbus tutulub. Cəlalabad şəhərindəki hücum Qurban bayramı günlərinə təsadüf edib. “Taliban” hərəkatı və Əfqanıstan hökuməti bayram zamanı üçgünlük atəşkəs barədə razılığa gəlib. Yerli KİV-lər hücumun məsuliyyətini İŞİD-ə yaxın qruplaşmalardan birinin öz üzərinə götürdüyü barədə məlumatlar yayıb.

    Ətraflı   16:07     03-Aug-2020     869
  • alternative title

    Türkiyədə mikroavtobusun aşması nəticəsində altı nəfər həlak olub

    Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, Cilo-Sat dağı bölgəsinə istirahətə gedən təhsil işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində altı nəfər ölüb, bir nəfər yaralanıb. Daha bir ağır qəza isə Van vilayətinin Gürpınar rayonunda baş verib. Yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb, 19 nəfər xəsarət alıb.

    Ətraflı   16:05     03-Aug-2020     908

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:09     03-Aug-2020     4211
  • alternative title 14:11     03-Aug-2020     4706
  • alternative title 12:41     03-Aug-2020     4997
  • alternative title 12:38     03-Aug-2020     5189
  • alternative title 12:22     03-Aug-2020     5132
image title here

Some title