Namaz vaxtları
Kateqoriyalar
"Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb".
Qalanews UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.
"Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3 minə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Əvvəla, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti bu vəziyyətdə tək qalmamalıdır”, - Zelenski bildirib.
Dövlət başçısı onu da xatırladıb ki, iyulun 1-də Rusiya ordusu Odessa vilayətinin Sergeevka kəndindəki adi yaşayış binasına növbəti dəfə amansız raket zərbəsi endirib.
Zelenski əlavə edib ki, 2-si uşaq olmaqla 19 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı məlumdur.
Video Xəbər
HEÇ KİM BUNU GÖZLƏMİRDİ: Putin məkrli planını həyata keçirir - Minlərlə ukraynalı uşaq...VİDEO
SİYASƏT
-
Ərdoğan Ukraynaya yola düşüb
Yazar Qalanews 12:21 -
Türkiyə İsrailə səfir təyin edəcək
Yazar Qalanews 23:57 -
Azərbaycan XİN İndoneziyanı təbrik edib
Yazar Qalanews 18:33 -
Ərdoğan Qırğızıstana səfər edə bilər
Yazar Qalanews 16:46