Namaz vaxtları
Kateqoriyalar
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində əməliyyat keçirib.
Qalanews Sabah.az-a istinadən xəbər verir ki, əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb.
Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, DTX bir neçə gün öncə də Gömrük Komitəsində əməliyyat keçirmişdi. Əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılmışdı. Məhkəmənin qərarına əsasən, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
-
Bakıda 16 yaşlı qız itkin düşüb
Yazar Qalanews 19:03 -
Ötən gün yol qəzalarında 3 nəfər ölüb
Yazar Qalanews 18:01 -
Şuşadakı əmlaklar qiymətləndiriləcək
Yazar Qalanews 16:51