Namaz vaxtları
Kateqoriyalar
Azərbaycanda daha bir general təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.
Xatırladaq ki, ilk xəbəri Oxu.az saytı yayıb.
report
-
Kolleclərə qəbul imtahanı keçirilib
Yazar Qalanews 16:39 -
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Yazar Qalanews 12:55