Namaz vaxtları
Kateqoriyalar
İQTİSADİYYAT
147
24 Jan, 2022 19:42
Avropada qaz qiymətləri yenidən artıb
Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti 19,4% artaraq dekabrın 27-dən bəri ilk dəfə 1 100 ABŞ dollarını keçib.
Qalanews TASS-a istinadən xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda TTF onlayn qaz satışı mərkəzinin fevral fyüçersləri 1 102 dollara çatıb.
Xatırladaq ki, dekabrın 21-də Avropada gözlənilən soyuq havalar və yeraltı ehtiyatlarının azalması ilə əlaqədar qazın qiyməti 2194,4 dollar kimi tarixi maksimuma çatdıqdan sonra növbəti günlərdə havaların bir qədər isinməsi, külək elektrik stansiyalarında istehsalın artması, ABŞ-dan LNG idxalı nəticəsində yenidən azalıb.