Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Azərbaycana qarşı Qarabağda İsgəndər M raketlərindən istifadə edilməsi artıq danılmaz faktdır.Bəs həmin raketlər Ermənistana necə gəlib çıxıb və atəş əmrini kim verib?
Qalanews bu barədə hərbi jurnalist Mirzə Hüseynovun şərhini təqdim edir:
"İsgəndər raketləri hələ 2016-cı ildə aprel döyüşlərindən sonra Ermənistana verilib.Lakin düşməndə olan bu komplekslər İsgəndər E sistemləri idi.Hərbi paradda da, nümayiş etdirmişdilər.Amma Ermənistan ordusunun silahlanmasında İsgəndər M raketləri yox idi və heç vaxt olmayıb.Ümumiyyətlə bu komplekslər rəsmi olaraq da, Ermənistana satıla bilməzdi.Əks halda Cenevrə konvensiyaları pozulmuş olardı, necə ki, pozuldu.Bu komplekslər, söhbət İsgəndər M raketlərindən gedir, hansı ki, bu operativ taktiki raketlərin dünyada analoqu yoxdur, böyük dağıdıcı gücə malikdir."
"Düşünürəm ki, bu məsələ ətrafında hələ mübahisələr çox davam edəcək.İnanmıram ki, Rusiya rəsmi şəkildə bu raketlərin Ermənistana verilməsini etiraf etsin.Ola bilər bəzilərinin məlumatı yoxdur, xatırladım ki, bu raketlər 500 km məsafədə olan istənilən yerüstü hədəfi məhv etmək gücünə sahibdir və 7565 km sürətlə uçur.Raket 480 kq partlayıcı daşıyır.Siz təsəvvür edin bu raketlərdən biri, hər hansı intibati rayonumuza düşsəydi, hansı faciə ilə üz-üzə qalacağdıq.480 kq partlayıcının dağıdıcı gücünü təqribən bir F 16 döyüş təyyarəsinin bütöv komplekti ilə bombardmanı ilə müqayisə etmək olar. Bəzi məqamlar var ki, bu barədə hələ hər hansı bir şərh verə bilmərəm amma inanın ki, Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri müharibə boyunca həm qərbi, həm də, Rusiyanı şoka sala bildi."
Düşmənin atdığı onlarla raket sərrast atəşlə havadaca məhv edildi.Rusiya bu məsələdə etirafçı olmaq istəmir çünki, silah satışının azalmasından ehtiyat edir.Ermənistan rəsmiləri isə yadınızdadırsa, müharibədən sonrakı dövrdə, bildirmişdilər ki, biz bu raketlərdən Şuşada istifadə etdik, lakin partlamadı və s. Daha sonra Rusiyanın təzyiqləri ilə bu açıqlamalar öz məcrasını 180 dərəcə dəyişdi.İndi ortada fakt var, dəlil var sübut var.Fikimcə bu komplekslər (İsgəndər M) müharibə dövründə Ermənistana verilib.Onlar düşünmürdü ki, ordumuz Şuşayadək irəliləyə bilsin.Bunu sonuncu variant kimi nəzərdə tutmuşdular.Bu səbəbdən Şuşada bu raketlər ordumuza qarşı istifadə olundu.Bu müharibə sübut etdi ki, qələbə qazanmaq üçün,böyük orduya yox, peşəkar orduya sahib olmaq lazımdır"