Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Vətən müharibəsində itkin düşən daha bir hərbiçimizin şəhid olduğu müəyyənləşib.
Qalanews APA-ya istinadən bildirir ki, adı Vətən müharibəsinin itkin düşmüş hərbiçilərin siyahısında olan Əmrah Rafapovun şəhid olduğu təsdiqlənib.
5 aydan sonra şəhid olduğu müəyyənləşən hərbçimiz bu gün Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Ə. Rafapov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də şəhid olub.
Xatırladaq ki, 2000-ci il təvəllüdlü Ə. Rafapov Gəncədə anadan olub. Uşaq yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən Uşaq evində böyüyüb. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.
Aktual Xəbər
Hərbçilərin maaşlarına əlavələr Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək
259
25 Feb, 2021 22:34
Deputat: "Qadınların küçələri qardan təmizləməsi şəkilləri narazılıq yaratdı"
97
25 Feb, 2021 14:13