Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Ermənistanın Avropa Məhkəməsində olan nümayəndəsi bildirib ki, əsirlərin qaytarılması üzrə işlər gündəlik olaraq davam edir.
" Azərbaycan tərəfi əsir və girov götürülmüş hərbçilər və mülki şəxslər barəsində tədbir görülməsi haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına məhəl qoymur."
Qalanews Sputnik-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın AIHM-dəki nümayəndəsi Yeqişe Kirakosyan deyib.
O qeyd edib ki, erməni tərəfi hər gün monitorinq aparır, ermənilərin əsir düşməsi hallarının aşkarlanması üçün onların qohumları ilə və müvafiq qurumlarla iş aparır. Onun sözlərinə görə, AİHM-də təxirəsalınmaz tədbirlərin tətbiqi ilə bağlı görünməmiş sayda müraciətlər təqdim edilib.
"Bizim hesabatımıza görə Azərbaycanda 228 erməni əsir var onlar geri qaytarılmalıdır.AİHM 228 erməni əsiri ilə bağlı tədbir görməyi qərara alıb. Lakin Azərbaycan bu siyahıdakı saydan daha az rəqəm təqdim edir." deyə o bildirib.