Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Artıq 6 ildən çoxdur ki, Ukraynanın ayrılmaz parçası olan Krım faktiki olaraq işğalçı və separatçı qüvvələr tərəfindən zəpt edilib.
Donbassda 27 iyuldan etibarən atəşkəsin təmin edilməsi üçün əlavə tədbirlər qüvvəyə minib. Bu tədbirlər atəşkəsin dayandırılması, yaşayış məntəqələrində və onların yaxınlığında hərbi texnikaların yerləşdirilməsinə, hücum və kəşfiyyat hərəkətlərinə tam qadağa qoyulmasını nəzərdə tutur. Atəşkəs əmrləri, onun qorunması tədbirləri, münaqişə tam həll olunana qədər qüvvədə olmalıdır.
Lakin son vaxtlar Krımda vəziyyət yenidən gərginləşir.Rusiya və Ukrayna liderlərinin atmacalı açıqlamaları, bölgədəki hərbi qüvvələrin hərəkətliliyi diqqət çəkən məqamlar sırasındadır.
Mövcud vəziyyətlə bağlı hərbi jurnalist Mirzə Hüseynov fikirlərini Qalanews-a bildirib."Donbassda və Luqanskdakı son dəyişikliklər, faktiki olaraq hazırlıq prosesinin işarəsidir.Ukrayna ilkin mərhələdə buraxdığı səhvlərdən nəticə çıxarıb.Bundan əlavə Ukrayna ordusunun yenidən restavrasiyası prosesi sürətlə davam etdirilir.Bu təbi ki, Rusiyanı narahat edir.Rusiya buna biganə qala bilməz.Ukrayna quru qoşunlarına aid istənilən hərbi texnikanı yerli imkanlar hesabına hazırlamaq iqtidarındadır.Son dəyişikliklər də, onu göstərir ki, Ukraynanın Türkiyədən TB2 Bayraktar zərbə pilotsuz uçuş aparatlarını alması, yeni hərbi təlimlərin keçirilməsi, işğal edilmiş ərazilərdə hakimiyyətini sürdürən qondarma rejimin separatçı qüvvələrinin rezerv güclərinin artırılması hər an başlaya biləcək yeni hərbi əməliyyatlara işarədir.Hazırki vəziyyətdə Rusiya hər hansı bir cəbhədə aktiv hərbi əməliyyatlara birbaşa və ya bilavasitə qoşulmaq istəmir.Rusiyanın hal-hazırda Ukraynaya qarşı apardığı ən böyük müharibə iqtisadi müharibədir.Rusiyanın rəhbər dairələri çox gözəl anlayır ki, Ukraynanın iqtisadi gücü artsa, orduya daha çox pul ayrılacaq.Bu isə o deməkdir ki, Ukrayna qısa zamanda tədricən nizami, müasir və güclü ordu yarada bilər.Heç kimə sir deyil ki, separtçı qüvvələr adlandırdığımız qondarma rejim və üzvləri, birbaşa Rusiya tərəfindən silah-sürsat və hərbi texnika ilə təchiz edilir.Heç kim gəlib deyə bilməz ki, hələ heç kimin tanımadığı balaca bir qondarma dövlət öz vəsaiti hesabına, artileriya qurğuları, raket sistemləri və tanklar alıb.Bu olduqca gülməli səslənir.Baxmayaraq ki, Rusiya KİV-ri bunu hər dəfə vurğulayır.Hazırki vəziyyətdə hərbi əməliyyatlar yenidən bərpa olunsa, Rusiyanın dəstəklədiyi rejim qarşısında daha güclü Ukrayna ordusunu görəcək".