Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
İkinci Qarabağ müharibəsində Pakistan və Türkiyənin mövqeyi bizim üçün son dərəcə əhəmiyyətli idi.
Qalanews Trend-ə istinadən bildirir ki, bunu İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov deyib.
O, İkinci Qarabağ müharibəsində Azərbaycana göstərdikləri dəstəyə görə Pakistan və Türkiyənin xarici işlər nazirlərinə təşəkkür edib. Bildirib ki, Türkiyə və Pakistan Ermənistanın hücumlarını, Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini qınadılar, suverenlik və ərazi bütövlüyünə əsaslanaraq Azərbaycanı dəstəklədilər və beynəlxalq arenada səslərini ədalətin təzahürü üçün qaldırdılar.
Video Xəbər
Aktual Xəbər
XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb
157
22 Jan, 2021 15:55
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
126
22 Jan, 2021 14:02