Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Rəsmi Bakı noyabrın 9-da Moskvada
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin qəbul etdiyi Qarabağ ilə bağlı
üçtərəfli bəyanatın bir neçə bəndini dərhal pozub.
Azərbaycan hərbi əsirlərin geri
qaytarılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmir. Bu barədə Ermənistanın
xarici işlər naziri Ara Ayvazayanın BMT-nin baş katibi Antonio Quterreşə
göndərdiyi məktubda deyilir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, Xarici Işlər Nazirliyinin rəhbəri
Azərbaycanın Dağlıq Qarabağda müharibə nəticəsində yaranmış vəziyyəti təqdim
edib.
“Azərbaycan tərəfinin Qarabağ ilə bağlı üçtərəfli
bəyanatın 9 noyabr tarixli bəyanatının pozulması hallarına toxunub və qeyd edib
ki, artıq atəşkəs qurulduqdan sonra Azərbaycan Hadrut rayonunun iki kəndinə hücumlar
edib. Xüsusilə, Azərbaycan Silahlı Qüvvələri üçtərəfli bəyanat çərçivəsində
alınan sülhün qorunması öhdəliklərini pozaraq 64 erməni hərbçisini əsir alıb.” Deyə
məktubda qeyd olunur.
Məktubda bəyanatın 8-ci bəndinin "hərbi əsirlərin,və saxlanılan şəxslərin
və ölənlərin cəsədlərinin mübadiləsinin tam yerinə yetirilməməsi ayrıca
vurğulanır.” Nazir qeyd edib ki, Azərbaycan faktiki olaraq beynəlxalq humanitar
hüququ pozur.
Reallıq isə təbi ki, tamamilə əksini
göstərir.Ermənistan terrorçu qruplarla Dağlıq Qarabağda təxribatlar törətməyə
cəhd göstərir.Düşməndən azad olunan ərazilərdə Azərbaycanın milli və mədəni iris
demək olar ki, tam olaraq məhv edilib və dağıdılıb.
Bu həm də, İslam dininə və bütün müsəlmanlara qarşı
təhqir deməkdir.Məscidlər dağıdılıb və yararsız vəziyyətdədir.30 il ərzində
məscidlərdə mal qara və donuz saxlanılıb.