Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Dünyada təsbit edilən
koronavirusun mutasiyaları ilə əlaqədar olaraq, Yaponiya hökuməti, hətta iş adamları
üçün təmin olunan miqrasiya azadlıqlarını dayandıraraq, xaricilərin ölkəyə
girişini praktik olaraq tamamilə qadağan etməyi planlaşdırır.
Qalanews xəbər
verir ki, bu barədə "NHK" telekanalı məlumat verib.
28 dekabrdan yanvar ayının sonunadək
Yaponiya hakimiyyəti yeni bir koronavirus növünün aşkarlanması ilə əlaqədar
olaraq bütün ölkələrin və bölgələrin vətəndaşlarına yeni viza verilməsini
dayandırıb. Hazırda ölkəyə yalnız öz vətəndaşları və burada daimi yaşayan
uzunmüddətli vizaya sahib olan əcnəbilər daxil ola bilər.
Bununla yanaşı, səlahiyyətlilər müvafiq
ikitərəfli müqavilələrin qüvvədə olduğu 11 ölkədən və bölgədən (Çin, Cənubi
Koreya, Tayland, Vyetnam, Sinqapur, Malayziya və s.) iş adamları üçün miqrasiya
azadlıqlarını dayandırmağa qərar verib.