QALA NEWS

22 Aprel Bazar ertəsi

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Feb 2024, 00:57
Sorğu: Bayden əqli qabiliyyətini itirir
Amerika vətəndaşlarının əksəriyyəti hesab edir ki, ABŞ prezidenti Co Bayden əqli qabiliyyətini itirir.

QalaNews.com xəbər verir ki, bu barədə “Rasmussen Reports” tədqiqat təşkilatının dərc etdiyi sosioloji sorğunun nəticələrində göstərilib.

Respondentlərin 59%-i hesab edir ki, Amerika lideri zaman keçdikcə daha çox əqli itiliyini itirir. Lakin sorğu iştirakçılarının 33% bu fikirlə razı deyil.

Sorğu nəticələrinə əsasən, amerikalıların əksəriyyəti medianın prezidentin idrak qabiliyyətinin zəifləməsini gizlətməyə çalışmaqdan şübhələnir.

Sorğunun nəticələrinin statistik səhvi 3 faiz bəndidir. Araşdırma 28-30 yanvar tarixlərində aparılıb. Burada 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 943 nəfər iştirak edib.

Qeyd edək ki, Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Baydenin üzvü olduğu Demokratlar partiyasının bəzi rəsmiləri açıq şəkildə onu seçki kampaniyasında iştirakdan imtina etməyə çağırıblar. 2029-cu ildə mümkün ikinci prezidentlik müddətinin sonunda Baydenin 86 yaşı tamam olacaq.



Baxış sayı: 157



OXŞAR XƏBƏRLƏR