Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlər arası komissiyanın tərkibində dəyişiklik edilib.
QalaNews.com-un məlumatına görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri daxil edilib.
***
Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi dəyişib.
Sərəncamla Dövlət Komissiyasının tərkibinə Azərbaycan Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri Səbuhi Sadıqov da daxil edilib.
***
İlham Əliyevin daha bir Sərəncamı ilə Azərbaycan-İsrail birgə komissiyasının tərkibində dəyişiklik edilib.
Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri daxil edilib.