2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.
Qalanews Azərtac-a istinadən xəbər verir ki, bu günə qədər 1 milyondan artıq ev təsərrüfatı bu texnologiya əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.
"Aztelekom" MMC dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən "Onlayn Azərbaycan" layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir.
Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. "Aztelekom" layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.