QALA NEWS

12 Oktyabr Şənbə

Bakı 20˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2023, 16:02
Səfir: Azərbaycan və Ermənistan gələn həftə Kişinyovda sülh sazişi imzalaya bilər
Azərbaycan və Ermənistan gələn həftə Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər.

Qalanews “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlamasında deyib.

“Biz ümid edirik ki, 1 iyunda Kişinyovda nəhayət sülh sazişi imzalana bilər. Bu itirilməməli olan tarixi an və impulsdir”, - səfir qeyd edib.

Xatırladaq ki, 47 dövlət və hökumət başçısının iştirakı ilə iyunun 1-də keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə yüksək səviyyəli görüşlər keçirilməsi planlaşdırılır.



Baxış sayı: 186



OXŞAR XƏBƏRLƏR