QALA NEWS

22 Aprel Bazar ertəsi

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 16:50
ABŞ generalı: Hazırda Ukraynanı ATACAMS raketləri ilə təmin etmirik
"Biz hazırda Ukraynanı ATACAMS uzaq mənzilli raketləri ilə təmin etmirik".

Qalanews   xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar rəisi general Mark Milli "Defence One" ilə müsahibəsində deyib.

O bildirib ki, indiyə qədər ATACAMS-ların verilməsi ilə bağlı siyasi qərar verilməyib.

"Lakin mən heç vaxt masada və ya masadan kənarda veriləcək qərarla bağlı, gələcəklə bağlı proqnozlaşdırma etməzdim. Amma hərbi nöqteyi-nəzərdən, bizim ATACMS raketlərimizin sayı nisbətən azdır, biz öz sursat ehtiyatlarımızın da olduğuna əmin olmalıyıq. Və eyni zamanda silahın diapazonu ilə bağlı, ATACMS-ın nə edə biləcəyi və edə bilməyəcəyi ilə bağlı şişirtmələr də var".

O əlavə edib ki, ATACAMS raketlərini əvəz edəcək digər silahlar da var.

"GMLRS altı, ATACM-lər isə bir atəş açır. ATACMS-in diapazonu daha uzundur, lakin bu diapazona imkan verə biləcək başqa sistemlər var. Məsələn, bunu edə bilən PUA-lar var, həmçinin Britaniyanın bir neçə belə sistemi var. Bunlar bizim vermək istədiklərimizdir. Amma hazırda biz ATACMS-ları vermirik", - ABŞ generalı qeyd edib.



Baxış sayı: 177



OXŞAR XƏBƏRLƏR