Loading alternative title
GÜNÜN XƏBƏR MƏNZƏRƏSİ

DÜnya

Sincan-Uyğurda zəlzələ baş verib

13:03     08-Aug-2020     227

Çinin Sincan-Uyğur Muxtar Rayonunda, Şərqi Türküstanda 4,8 bal gücündə zəlzələ baş verib. “Haber7” xəbər verir ki, məlumatı Çinin Seysmoloji Mərkəzi yayıb. Bildirilib ki, zəlzələnin mərkəzi Turfan şəhərinin Toksun rayonu olub. Yeraltı təkanların ocağı 20 km dərinlikdə yerləşib. Zəlzələ muxtar bölgənin Urumçi, Korla, Çəngcidə və başqa şəhərlərində hiss edilib. İtki və dağıntı barədə məlumat yayılmayıb. Qeyd edək ki, Sincan-Uyğur Muxtar Rayonunda əsasən uyğur türkləri yaşayır. Son illər mərkəzi hakimiyyət etnik nisbəti dəyişmək üçün bölgəyə başqa etnosların nümayəndələrini müxtəlif bəhanələrlə yerləşdirib.

Tramp vəd verdi: İran və Şimali Koreya ilə sürətli müqavilə

11:43     08-Aug-2020     402

ABŞ Prezidenti Donald Tramp seçkidə qalib gələcəyi halda çox qısa zaman ərzində Şimali Koreya və İranla müqavilələr imzalaya biləcəyini açıqlayıb. Bu barədə “RİA Novosti” məlumat yayıb. D.Tramp həmçinin bildirib ki, əgər 2016-cı ildə seçkidə qalib gəlməsəydi, Birləşmiş Ştatlar bu gün Şimali Koreya ilə müharibə vəziyyətində ola bilərdi. “Trampın müharibəyə aparacağını deyirdilər, lakin əksinə oldu. Bizim Şimali Koreya ilə münasibətlərimiz yarandı. İrana baxın, onların hər biri bizimlə çox sürətlə müqavilə imzalayacaq”, - deyə, D.Tramp söyləyib.

REKLAM

Reklam

hajma.org

İdman

Azərbaycan Premyer Liqasının başlama tarixi açıqlandı

13:12     08-Aug-2020     231

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün başlanma tarixi bilinib. Yeni mövsüm avqustun 21-də start götürəcək. Çempionatın püşkatması isə avqustun 12-də AFFA-nın inzibati binasında keçiriləcək.

Azərbaycanda assosiasiya prezidenti vəfat etdi

12:42     08-Aug-2020     259

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. QALANEWS xəbər verir ki, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov ömrünün 70-ci ilində dünyasını dəyişib. X.Qurbanov SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.

Ronaldo “Yuventus”da 95 illik rekordu yenilədi

11:41     08-Aug-2020     349

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu bir mövsümdə vurulan qolların sayına görə “Yuventus”un rekordunu yeniləyib. Bu barədə “Squawka” məlumat yayıb. “Lion”la ÇL çərçivəsində görüşdə iki dəfə fərqlənən K.Ronaldu mövsümdə 37-ci qolunu vurub. Bu isə klub üçün rekord olub. O, bununla 95 illik rekordu yeniləyə bilib. Belə ki, buna qədər “Yuve”də rekord 1925-1926-cı illər mövsümündə Ferents Hirtser tərəfindən vurulmuş 35 qol olub.

Zidan “Real”ı tərk edir?

11:18     08-Aug-2020     412

27 yaşlı basketbolçu məşq zamanı öldü

10:26     08-Aug-2020     694

Ölkə

Sabahın hava proqnozu açıqlandı

13:17     08-Aug-2020     830

Azərbaycanda 9 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Sİyasət

İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı - SƏRƏNCAM

13:18     08-Aug-2020     236

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 (altı yüz otuz milyon yüz qırx doqquz min) manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş yeddi milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılacaq.

Ətraflı

İQTİSADİYYAT

Nazir müavini: Pandemiya dövründə rəqəmsal iqtisadiyyatın inkişafını müşahidə edirik

Pandemiya dövründə rəqəmsal iqtisadiyyatın inkişafını müşahidə edirik. Bu sözləri avqustun 8-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib. O bildirib ki, karantin zamanı onlayn fəaliyyət göstərən şirkətlərdə artıq rəqəmsal ticarət anlayışı yaranıb və inkişaf etməkdədir. Rəqəmsal ticarətin inkişafı postpandemiya dövründə də aparılmalı, daha da inkişafı üçün birlikdə tədbirlər görülməlidir.

Ətraflı  13:27     08-Aug-2020     83

Neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,69 dollar ucuzlaşaraq 44,40 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 0,73 dollar azalaraq 41,22 dollar təşkil edib.

Ətraflı  13:25     08-Aug-2020     173

Rövşən Nəcəf: Maliyyə dəstəyi paketini ilk olaraq vergiödəyiciləri alacaqlar

Maliyyə dəstəyi paketini ilk olaraq vergiödəyiciləri alacaqlar. Çünki onlar dövlətimizin başçısının çağırışlarına əməl edərək vergiödəyicisi kimi borclarını yerinə yetirirlər. Bu sözləri avqustun 8-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib. O bildirib ki, vergiödəyicisi kimi yardım alanlara ştat sayına uyğun olaraq aylıq əməkhaqqı məbləğində ödənişlər ediləcək. 250 manat isə daha çox zərərçəkən kiçik fərdi sahibkarlara veriləcək. Nazir müavini qeyd edib ki, müraciət edən vergiödəyicilərinin sayı 29 mindən çox olub. 215 min işçini əhatə edən 98 milyon manat ödənişlər edilib. Ödənişin məbləği aylıq əməkhaqqı fondundan asılı olaraq müəyyən olunub. Kiçik fərdi sahibkarların müraciət sayı isə 107 min olub. Onlara 63,6 milyon manat yardım ödənilib. "İkinci mərhələdə eyni sahibkarlara dəstək göstərilməsi nəzərdə tutulub. İlk dəfə müraciət edib yardım alanlar ikinci dəfə müraciət etmədən bu dəstəyi alacaqlar. İlk dəfə müraciət etməyənlər isə avqustun 10-dək müraciət edə bilərlər", - deyə R.Nəcəf vurğulayıb.

Ətraflı  13:22     08-Aug-2020     224

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 11:29     08-Aug-2020     466
  • alternative title 11:14     08-Aug-2020     324
  • alternative title 11:12     08-Aug-2020     481
  • alternative title 11:11     08-Aug-2020     435
  • alternative title 11:06     08-Aug-2020     425
image title here

Some title